Və zikri izzətli olan Allahın bu kəlamı “Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi, sənə də vəhy etdik” (ən-Nisa, 163)
حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّ الْحَارِثَ بْنَ هِشَامٍ رَضِيَ اللَّهُ عَنْهُ سَأَلَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ كَيْفَ يَأْتِيكَ الْوَحْىُ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أَحْيَانًا يَأْتِينِى مِثْلَ صَلْصَلَةِ الْجَرَسِ - وَهُوَ أَشَدُّهُ عَلَىَّ - فَيُفْصَمُ عَنِّى وَقَدْ وَعَيْتُ عَنْهُ مَا قَالَ ، وَأَحْيَانًا يَتَمَثَّلُ لِىَ الْمَلَكُ رَجُلاً فَيُكَلِّمُنِى فَأَعِى مَا يَقُولُ » . قَالَتْ عَائِشَةُ رَضِيَ اللَّهُ عَنْهَا وَلَقَدْ رَأَيْتُهُ يَنْزِلُ عَلَيْهِ الْوَحْىُ فِى الْيَوْمِ الشَّدِيدِ الْبَرْدِ ، فَيَفْصِمُ عَنْهُ وَإِنَّ جَبِينَهُ لَيَتَفَصَّدُ عَرَقًا .
“Möminlərin anası Aişə ﵂ rəvayət edir ki, Haris ibn əl-Hişam ﵁ Allah Elçisindən ﷺ soruşdu: “Ey Allahın Elçisi! Vəhy sənə necə gəlir?” Allah Elçisi ﷺ buyurdu: “Bəzən (vəhy) mənə zınqırovun cingiltisi kimi gəlir və mənə ən ağır gələni də elə budur. Bu hal məndən çəkilən kimi (mələyin) mənə söylədikləri hafizəmdə möhkəm qalır. Bəzən də mələk mənə bir kişi cildində görünür, mənimlə danışır, mən də onun söylədiyini yadda saxlayıram”. Aişə ﵂ deyir: “Mən soyuq bir gündə Allah Elçisinə ﷺ vəhy nazil olduğunu görmüşəm. Bu hal ondan çəkilərkən onun alnından tər axırdı”.”
İstinad
Buxari, 2 (Vəhy, 2)
Səhih əl-Buxari — Allah Elçisinə ﷺ gələn ilk vəhyin başlanğıcı kitabı