Allah Elçisinə ﷺ gələn ilk vəhyin başlanğıcı kitabı

Və zikri izzətli olan Allahın bu kəlamı “Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi, sənə də vəhy etdik” (ən-Nisa, 163)

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا أَبُو عَوَانَةَ قَالَ حَدَّثَنَا مُوسَى بْنُ أَبِى عَائِشَةَ قَالَ حَدَّثَنَا سَعِيدُ بْنُ جُبَيْرٍ عَنِ ابْنِ عَبَّاسٍ فِى قَوْلِهِ تَعَالَى { لاَ تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ } قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُعَالِجُ مِنَ التَّنْزِيلِ شِدَّةً ، وَكَانَ مِمَّا يُحَرِّكُ شَفَتَيْهِ - فَقَالَ ابْنُ عَبَّاسٍ فَأَنَا أُحَرِّكُهُمَا لَكُمْ كَمَا كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُحَرِّكُهُمَا . وَقَالَ سَعِيدٌ أَنَا أُحَرِّكُهُمَا كَمَا رَأَيْتُ ابْنَ عَبَّاسٍ يُحَرِّكُهُمَا . فَحَرَّكَ شَفَتَيْهِ - فَأَنْزَلَ اللَّهُ تَعَالَى { لاَ تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ* إِنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ } قَالَ جَمْعُهُ لَهُ فِى صَدْرِكَ ، وَتَقْرَأَهُ { فَإِذَا قَرَأْنَاهُ فَاتَّبِعْ قُرْآنَهُ } قَالَ فَاسْتَمِعْ لَهُ وَأَنْصِتْ { ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانَهُ } ثُمَّ إِنَّ عَلَيْنَا أَنْ تَقْرَأَهُ . فَكَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بَعْدَ ذَلِكَ إِذَا أَتَاهُ جِبْرِيلُ اسْتَمَعَ ، فَإِذَا انْطَلَقَ جِبْرِيلُ قَرَأَهُ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَمَا قَرَأَهُ . صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ

“Rəvayət edilir ki, İbn Abbas ﵄ Uca Allahın: “Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə!” (əl-Qiyamə, 16) ayəsini izah edərək demişdir: “Allah Elçisi ﷺ nazil olan ayələrin ağırlığından çətinlik çəkər və (tələsərək) dodaqlarını tərpədərdi”. İbn Abbas deyir: “Allah Elçisi ﷺ dodaqlarını necə tərpədirdisə, mən də dodaqlarımı eləcə tərpədirəm”. Sonra Uca Allah bu ayəni nazil etdi: “Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə! Şübhəsiz ki, onun sənin qəlbində qərar tutması və dilinlə oxunması Bizə aiddir” (əl-Qiyamə, 16-17) – yəni oxuya biləsən deyə, onu sənin qəlbində cəm edər. “Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə” (əl-Qiyamə, 18) – yəni onu dinlə və sus! “Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir” (əl-Qiyamə, 19) – yəni Bizim öhdəmizə düşən odur ki, sən onu oxuya biləsən. Bundan sonra Cəbrail hər dəfə Allah Elçisinin ﷺ yanına gələndə Peyğəmbər ﷺ onu dinləyər, Cəbrail getdikdən sonra isə Peyğəmbər ﷺ Quranın ayələrini onun oxuduğu kimi oxuyardı”.”

İbn Abbas
Səhih

İstinad

Buxari, 5 (Vəhy, 5)

Səhih əl-Buxari — Allah Elçisinə ﷺ gələn ilk vəhyin başlanğıcı kitabı