Əl və ya başla işarə edərək suala cavab vermək
حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا وُهَيْبٌ قَالَ حَدَّثَنَا هِشَامٌ عَنْ فَاطِمَةَ عَنْ أَسْمَاءَ قَالَتْ أَتَيْتُ عَائِشَةَ وَهِىَ تُصَلِّى فَقُلْتُ مَا شَأْنُ النَّاسِ فَأَشَارَتْ إِلَى السَّمَاءِ ، فَإِذَا النَّاسُ قِيَامٌ ، فَقَالَتْ سُبْحَانَ اللَّهِ . قُلْتُ آيَةٌ فَأَشَارَتْ بِرَأْسِهَا ، أَىْ نَعَمْ ، فَقُمْتُ حَتَّى تَجَلاَّنِى الْغَشْىُ ، فَجَعَلْتُ أَصُبُّ عَلَى رَأْسِى الْمَاءَ ، فَحَمِدَ اللَّهَ عَزَّ وَجَلَّ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَثْنَى عَلَيْهِ ، ثُمَّ قَالَ « مَا مِنْ شَىْءٍ لَمْ أَكُنْ أُرِيتُهُ إِلاَّ رَأَيْتُهُ فِى مَقَامِى حَتَّى الْجَنَّةَ وَالنَّارَ ، فَأُوحِىَ إِلَىَّ أَنَّكُمْ تُفْتَنُونَ فِى قُبُورِكُمْ ، مِثْلَ - أَوْ قَرِيبًا لاَ أَدْرِى أَىَّ ذَلِكَ قَالَتْ أَسْمَاءُ - مِنْ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ ، يُقَالُ مَا عِلْمُكَ بِهَذَا الرَّجُلِ فَأَمَّا الْمُؤْمِنُ - أَوِ الْمُوقِنُ لاَ أَدْرِى بِأَيِّهِمَا قَالَتْ أَسْمَاءُ - فَيَقُولُ هُوَ مُحَمَّدٌ رَسُولُ اللَّهِ جَاءَنَا بِالْبَيِّنَاتِ وَالْهُدَى ، فَأَجَبْنَا وَاتَّبَعْنَا ، هُوَ مُحَمَّدٌ . ثَلاَثًا ، فَيُقَالُ نَمْ صَالِحًا ، قَدْ عَلِمْنَا إِنْ كُنْتَ لَمُوقِنًا بِهِ ، وَأَمَّا الْمُنَافِقُ - أَوِ الْمُرْتَابُ لاَ أَدْرِى أَىَّ ذَلِكَ قَالَتْ أَسْمَاءُ - فَيَقُولُ لاَ أَدْرِى ، سَمِعْتُ النَّاسَ يَقُولُونَ شَيْئًا فَقُلْتُهُ » .
“Rəvayət edilir ki, Əsma ﵂ demişdir: “(Günəş tutulduğu zaman) mən Aişənin yanına gəldim, o vaxt o, namaz qılırdı. Mən: “İnsanlara nə olub?”– deyə soruşdum. O, (günəşin tutulduğunu bildirməkdən ötrü əli ilə) göyə işarə etdi. (Mən məscidə tərəf baxdıqda gördüm ki,) camaat namaz qılır. Aişə dedi: “Allah pak və müqəddəsdir!” Mən: “Bu, əlamətdirmi?”– deyə soruşdum. O, mənim sözümü təsdiqləmək üçün başı ilə işarə etdi. Bu səbəbdən mən də namaza durdum. Halsızlaşıb əldən düşdükdə başıma su tökməyə başladım. Namazdan sonra Peyğəmbər ﷺ Allaha ﷿ həmd edib Onun şəninə təriflər dedi, sonra da belə buyurdu: “Bu yerdə mən, əvvəllər mənə göstərilmiş hər bir şeyi, Cənnət və Cəhənnəmi belə gördüm. Mənə vəhy olundu ki, siz qəbirlərinizdə məsih Dəccalın imtahanına bənzər (və ya buna yaxın) bir imtahana çəkiləcəksiniz. (Vəfat edən kimsədən): “Bu kişi haqqında nə bilirsən?”– deyə soruşacaqlar. Mömin (yaxud yəqinliklə inanan) bəndə: “Bu, Allahın Elçisi Muhəmməddir. O bizə dəlillər və doğru yol göstəricisi gətirdi. Biz də (onun dəvətini) qəbul edib onun ardınca getdik. Bu, Muhəmməddir!”– deyəcək. O bunu üç dəfə təkrar edəcək. Bundan sonra (mələklər) ona deyəcəklər: “Rahat yat! Biz artıq sənin ona yəqinliklə iman gətirdiyini bildik”. Münafiq (və ya qəlbində şübhə olan) adam isə deyəcək: “Bilmirəm, mən sadəcə insanların bəzi şeylər danışdıqlarını eşidir və həmin şeyi deyirdim”.”
İstinad
Buxari, 86 (Elm, 28)
Səhih əl-Buxari — Elm kitabı