Elm kitabı

Elmi növbə ilə öyrənmək

حَدَّثَنَا أَبُو الْيَمَانِ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ ح قَالَ أَبُو عَبْدِ اللَّهِ وَقَالَ ابْنُ وَهْبٍ أَخْبَرَنَا يُونُسُ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ أَبِى ثَوْرٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ عَنْ عُمَرَ قَالَ كُنْتُ أَنَا وَجَارٌ لِى مِنَ الأَنْصَارِ فِى بَنِى أُمَيَّةَ بْنِ زَيْدٍ ، وَهْىَ مِنْ عَوَالِى الْمَدِينَةِ ، وَكُنَّا نَتَنَاوَبُ النُّزُولَ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَنْزِلُ يَوْمًا وَأَنْزِلُ يَوْمًا ، فَإِذَا نَزَلْتُ جِئْتُهُ بِخَبَرِ ذَلِكَ الْيَوْمِ مِنَ الْوَحْىِ وَغَيْرِهِ ، وَإِذَا نَزَلَ فَعَلَ مِثْلَ ذَلِكَ ، فَنَزَلَ صَاحِبِى الأَنْصَارِىُّ يَوْمَ نَوْبَتِهِ ، فَضَرَبَ بَابِى ضَرْبًا شَدِيدًا . فَقَالَ أَثَمَّ هُوَ فَفَزِعْتُ فَخَرَجْتُ إِلَيْهِ فَقَالَ قَدْ حَدَثَ أَمْرٌ عَظِيمٌ . قَالَ فَدَخَلْتُ عَلَى حَفْصَةَ فَإِذَا هِىَ تَبْكِى فَقُلْتُ طَلَّقَكُنَّ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ لاَ أَدْرِى . ثُمَّ دَخَلْتُ عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ وَأَنَا قَائِمٌ أَطَلَّقْتَ نِسَاءَكَ قَالَ « لاَ » . فَقُلْتُ اللَّهُ أَكْبَرُ .

“Rəvayət edilir ki, Ömər ﵁ demişdir: “Mən və ənsardan olan bir qonşum Mədinənin yaxınlığında yerləşən Bəni Umeyyə ibn Zeyd tayfasında bir kənddə qalırdıq. Biz Allah Elçisinin ﷺ yanına növbə ilə gedərdik. Bir gün o gedir, bir gün də mən gedirdim. Mən Allah Elçisinin ﷺ yanına getdikdə həmin gün nazil olan vəhyləri və digər xəbərləri (qonşuma) çatdırardım. O gedəndə isə o mənə çatdırardı. Bir gün ənsardan olan yoldaşım öz növbəsi olanda Allah Elçisinin ﷺ yanına getdi və geri döndükdə qapımı bərk-bərk döyüb: “O buradadırmı?”– deyə soruşdu. Mən həyəcanlandım və dərhal onun yanına çıxdım. O dedi: “Dəhşətli bir hadisə baş verib!” Mən Həfsanın yanına daxil olub onun ağladığını görəndə ondan soruşdum: “Allah Elçisi ﷺ sizi boşayıbmı?” Həfsa: “Bilmirəm”– dedi. Sonra mən Peyğəmbərin ﷺ yanına gəldim və ayaq üstə dayanıb soruşdum: “Zövcələrini boşamısan?” O: “Xeyr!”– deyə cavab verdi. Mən də: “Allahu Əkbər!”– dedim”.”

Ömər
Səhih

İstinad

Buxari, 89 (Elm, 31)

Səhih əl-Buxari — Elm kitabı