Elm kitabı

Kişinin öz kənizinə və zövcəsinə elm öyrətməsi

أَخْبَرَنَا مُحَمَّدٌ - هُوَ ابْنُ سَلاَمٍ - حَدَّثَنَا الْمُحَارِبِىُّ قَالَ حَدَّثَنَا صَالِحُ بْنُ حَيَّانَ قَالَ قَالَ عَامِرٌ الشَّعْبِىُّ حَدَّثَنِى أَبُو بُرْدَةَ عَنْ أَبِيهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « ثَلاَثَةٌ لَهُمْ أَجْرَانِ رَجُلٌ مِنْ أَهْلِ الْكِتَابِ آمَنَ بِنَبِيِّهِ ، وَآمَنَ بِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَالْعَبْدُ الْمَمْلُوكُ إِذَا أَدَّى حَقَّ اللَّهِ وَحَقَّ مَوَالِيهِ ، وَرَجُلٌ كَانَتْ عِنْدَهُ أَمَةٌ { يَطَؤُهَا } فَأَدَّبَهَا ، فَأَحْسَنَ تَأْدِيبَهَا ، وَعَلَّمَهَا فَأَحْسَنَ تَعْلِيمَهَا ، ثُمَّ أَعْتَقَهَا فَتَزَوَّجَهَا ، فَلَهُ أَجْرَانِ » . ثُمَّ قَالَ عَامِرٌ أَعْطَيْنَاكَهَا بِغَيْرِ شَىْءٍ ، قَدْ كَانَ يُرْكَبُ فِيمَا دُونَهَا إِلَى الْمَدِينَةِ .

“Əbu Burdə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Üç qisim insan var ki, ikiqat savab qazanır: Kitab əhlindən olub öz peyğəmbərinə iman gətirən, sonra da Muhəmmədə ﷺ iman gətirən adam; həm Allahın, həm də öz ağalarının haqqını ödəyən kölə; yaxınlıq etdiyi kənizinə yaxşı tərbiyə verərək ona gözəl tərzdə elm öyrədən, sonra da azad edib onunla evlənən. Ona da ikiqat savab var”. Sonra ravi Amir öz (katibinə) dedi: “Bu məlumatı sənə heç bir əziyyət çəkmədən veririk. Halbuki Peyğəmbərin ﷺ dövründə bundan kiçik bir məsələ üçün miniyə minib Mədinəyə getmək lazım olurdu”.”

Əbu Burdə atasından
Səhih

İstinad

Buxari, 97 (Elm, 39)

Səhih əl-Buxari — Elm kitabı