Hədis öyrənməyə həris olmaq
حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنِى سُلَيْمَانُ عَنْ عَمْرِو بْنِ أَبِى عَمْرٍو عَنْ سَعِيدِ بْنِ أَبِى سَعِيدٍ الْمَقْبُرِىِّ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّهُ قَالَ قِيلَ يَا رَسُولَ اللَّهِ ، مَنْ أَسْعَدُ النَّاسِ بِشَفَاعَتِكَ يَوْمَ الْقِيَامَةِ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « لَقَدْ ظَنَنْتُ يَا أَبَا هُرَيْرَةَ أَنْ لاَ يَسْأَلَنِى عَنْ هَذَا الْحَدِيثِ أَحَدٌ أَوَّلُ مِنْكَ ، لِمَا رَأَيْتُ مِنْ حِرْصِكَ عَلَى الْحَدِيثِ ، أَسْعَدُ النَّاسِ بِشَفَاعَتِى يَوْمَ الْقِيَامَةِ مَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، خَالِصًا مِنْ قَلْبِهِ أَوْ نَفْسِهِ » .
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisindən ﷺ soruşdum: “Ey Allahın Elçisi! Qiyamət günü sənin şəfaətinlə ən böyük səadətə çatan adam kim olacaq?” Allah Elçisi ﷺ buyurdu: “Ey Əbu Hureyra! Mən sənin hədis öyrənməyə olan hərisliyini görüb düşünürdüm ki, səndən əvvəl heç kəs məndən bu hədis barəsində soruşmayacaq. Qiyamət günü mənim şəfaətim sayəsində ən böyük səadətə çatanlar, səmimi-qəlblə (və ya cani-dildən) “lə iləhə illəllah”– deyən kəslər olacaq”.”
İstinad
Buxari, 99 (Elm, 41)
Səhih əl-Buxari — Elm kitabı