Elm kitabı

Bir şey eşidib (onu başa düşməyən), sonra da öyrənmək məqsədilə təkrar sual verən

حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِى مَرْيَمَ قَالَ أَخْبَرَنَا نَافِعُ بْنُ عُمَرَ قَالَ حَدَّثَنِى ابْنُ أَبِى مُلَيْكَةَ أَنَّ عَائِشَةَ زَوْجَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَتْ لاَ تَسْمَعُ شَيْئًا لاَ تَعْرِفُهُ إِلاَّ رَاجَعَتْ فِيهِ حَتَّى تَعْرِفَهُ ، وَأَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ حُوسِبَ عُذِّبَ » . قَالَتْ عَائِشَةُ فَقُلْتُ أَوَ لَيْسَ يَقُولُ اللَّهُ تَعَالَى { فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا } قَالَتْ فَقَالَ « إِنَّمَا ذَلِكَ الْعَرْضُ ، وَلَكِنْ مَنْ نُوقِشَ الْحِسَابَ يَهْلِكْ » .

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ bilmədiyi bir şeyi eşitdikdə bunu öyrənmək üçün mütləq Peyğəmbərdən ﷺ soruşardı. Bir dəfə Peyğəmbər ﷺ buyurdu: “Kim haqq-hesaba çəkilərsə, əzaba düçar olar”. Mən dedim: “Məgər Uca Allah: “Onunla yüngül haqq-hesab çəkiləcək” (əl-İnşiqaq, 8) – deyə buyurmurmu?” Peyğəmbər ﷺ buyurdu: “Sən dediyin ərz olunmaqdır. (Əməlləri) müzakirə olunacaq kəs isə həlak olacaq”.”

Aişə
Səhih

İstinad

Buxari, 103 (Elm, 45)

Səhih əl-Buxari — Elm kitabı