Elm kitabı

Anlamayacaqlarından qorxduğu üçün elmi bir toplumdan gizlədərək digərlərinə öyrədən

حَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ قَالَ حَدَّثَنِى أَبِى عَنْ قَتَادَةَ قَالَ حَدَّثَنَا أَنَسُ بْنُ مَالِكٍ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَمُعَاذٌ رَدِيفُهُ عَلَى الرَّحْلِ قَالَ « يَا مُعَاذُ بْنَ جَبَلٍ » . قَالَ لَبَّيْكَ يَا رَسُولَ اللَّهِ وَسَعْدَيْكَ . قَالَ « يَا مُعَاذُ » . قَالَ لَبَّيْكَ يَا رَسُولَ اللَّهِ وَسَعْدَيْكَ . ثَلاَثًا . قَالَ « مَا مِنْ أَحَدٍ يَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ صِدْقًا مِنْ قَلْبِهِ إِلاَّ حَرَّمَهُ اللَّهُ عَلَى النَّارِ » . قَالَ يَا رَسُولَ اللَّهِ ، أَفَلاَ أُخْبِرُ بِهِ النَّاسَ فَيَسْتَبْشِرُوا قَالَ « إِذًا يَتَّكِلُوا » . وَأَخْبَرَ بِهَا مُعَاذٌ عِنْدَ مَوْتِهِ تَأَثُّمًا .

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Muazla birlikdə dəvənin tərkində ikən: “Ey Muaz!”– deyə onu səslədi. Muaz dedi: “Buyur, ey Allahın Elçisi, əmrinə müntəzirəm!” Peyğəmbər ﷺ yenə: “Ey Muaz!”– deyə onu səslədi. O dedi: “Buyur, ey Allahın Elçisi, əmrinə müntəzirəm!” Bu hal üç dəfə təkrar olduqdan sonra Peyğəmbər ﷺ buyurdu: “Allahdan başqa ibadətə layiq məbudun olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna sidq ürəkdən şəhadət verən elə bir kəs yoxdur ki, Allah ona Cəhənnəm odunu haram etməsin”. Muaz dedi: “Ey Allahın Elçisi! Bunu insanlara xəbər verimmi ki, sevinsinlər?” Peyğəmbər ﷺ buyurdu: “(İnsanlara xəbər versən) arxayın olacaqlar”. Muaz günaha batacağından qorxub ölməzdən qabaq bu haqda insanlara xəbər vermişdi.”

Ənəs ibn Malik
Səhih

İstinad

Buxari, 128 (Elm, 70)

Səhih əl-Buxari — Elm kitabı