Elm kitabı

Soruşan adama soruşduğundan artıq cavab verən

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا ابْنُ أَبِى ذِئْبٍ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ . وَعَنِ الزُّهْرِىِّ عَنْ سَالِمٍ عَنِ ابْنِ عُمَرَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّ رَجُلاً سَأَلَهُ مَا يَلْبَسُ الْمُحْرِمُ فَقَالَ « لاَ يَلْبَسِ الْقَمِيصَ وَلاَ الْعِمَامَةَ وَلاَ السَّرَاوِيلَ وَلاَ الْبُرْنُسَ وَلاَ ثَوْبًا مَسَّهُ الْوَرْسُ أَوِ الزَّعْفَرَانُ ، فَإِنْ لَمْ يَجِدِ النَّعْلَيْنِ فَلْيَلْبَسِ الْخُفَّيْنِ وَلْيَقْطَعْهُمَا حَتَّى يَكُونَا تَحْتَ الْكَعْبَيْنِ » .

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, bir nəfər Peyğəmbərdən ﷺ soruşdu: “Ehrama girən kimsə əyninə nə geyinməlidir?” Peyğəmbər ﷺ buyurdu: “Nə köynək, nə əmmamə, nə şalvar, nə burnus, nə də sarı bitkiyə və ya zəfərana boyanmış paltar geyinməlidir. Səndəl tapmadıqda isə dəri ayaqqabıları topuqdan aşağıya qədər kəsib geysin”.”

İbn Ömər
Səhih

İstinad

Buxari, 134 (Elm, 76)

Səhih əl-Buxari — Elm kitabı