Dəstəmazı kamil şəkildə almaq
حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ مُوسَى بْنِ عُقْبَةَ عَنْ كُرَيْبٍ مَوْلَى ابْنِ عَبَّاسٍ عَنْ أُسَامَةَ بْنِ زَيْدٍ أَنَّهُ سَمِعَهُ يَقُولُ دَفَعَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ عَرَفَةَ حَتَّى إِذَا كَانَ بِالشِّعْبِ نَزَلَ فَبَالَ ، ثُمَّ تَوَضَّأَ وَلَمْ يُسْبِغِ الْوُضُوءَ . فَقُلْتُ الصَّلاَةَ يَا رَسُولَ اللَّهِ . فَقَالَ « الصَّلاَةُ أَمَامَكَ » . فَرَكِبَ ، فَلَمَّا جَاءَ الْمُزْدَلِفَةَ نَزَلَ فَتَوَضَّأَ ، فَأَسْبَغَ الْوُضُوءَ ، ثُمَّ أُقِيمَتِ الصَّلاَةُ فَصَلَّى الْمَغْرِبَ ، ثُمَّ أَنَاخَ كُلُّ إِنْسَانٍ بَعِيرَهُ فِى مَنْزِلِهِ ، ثُمَّ أُقِيمَتِ الْعِشَاءُ فَصَلَّى وَلَمْ يُصَلِّ بَيْنَهُمَا .
“Rəvayət edilir ki, Usamə ibn Zeyd ﵁ demişdir: “Allah Elçisi ﷺ Arafatdan (Müzdəlifəyə) qayıtdı. Nəhayət, gəlib dağ yoluna çatdıqda minikdən yerə düşüb subaşına çıxdı. Sonra yüngül bir dəstəmaz aldı. Mən dedim: “Namaz (qılacaqsanmı), ey Allahın Elçisi?” Allah Elçisi ﷺ: “Namaz sənin önündədir”– deyib dəvəsinə mindi. Peyğəmbər ﷺ Müzdəlifəyə gəlib çatdıqda dəvəsindən yerə düşüb kamil şəkildə dəstəmaz aldı. Sonra namaz qılmaq üçün iqamə verildi və o, Məğrib namazını qıldırdı. Sonra hər kəs öz dəvəsini dayandığı yerdə dizi üstə çökdürdü. Sonra İşa namazının iqaməsi verildi və o, camaata namaz qıldırdı. Peyğəmbər ﷺ bu iki namaz arasında heç bir namaz qılmadı”.”
İstinad
Buxari, 139 (Dəstəmaz, 5)
Səhih əl-Buxari — Dəstəmaz kitabı