Dəstəmaz kitabı

Ayaqyolunda yuyunmaq üçün özü ilə su aparmaq

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ أَبِى مُعَاذٍ - هُوَ عَطَاءُ بْنُ أَبِى مَيْمُونَةَ - قَالَ سَمِعْتُ أَنَسًا يَقُولُ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا خَرَجَ لِحَاجَتِهِ تَبِعْتُهُ أَنَا وَغُلاَمٌ مِنَّا مَعَنَا إِدَاوَةٌ مِنْ مَاءٍ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ təbii ehtiyacını ödəmək üçün getdikdə mən və bizdən olan bir uşaq yanımızda bir cürdək su ilə onun arxası ilə gedərdik”.”

Ənəs
Səhih

İstinad

Buxari, 151 (Dəstəmaz, 17)

Səhih əl-Buxari — Dəstəmaz kitabı