Peyğəmbərin ﷺ öz dəstəmaz suyunu huşunu itirmiş şəxsin üzünə səpməsi
حَدَّثَنَا أَبُو الْوَلِيدِ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ قَالَ سَمِعْتُ جَابِرًا يَقُولُ جَاءَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَعُودُنِى ، وَأَنَا مَرِيضٌ لاَ أَعْقِلُ ، فَتَوَضَّأَ وَصَبَّ عَلَىَّ مِنْ وَضُوئِهِ ، فَعَقَلْتُ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ لِمَنِ الْمِيرَاثُ إِنَّمَا يَرِثُنِى كَلاَلَةٌ . فَنَزَلَتْ آيَةُ الْفَرَائِضِ .
“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Mən xəstəlikdən halsızlaşdığım zaman Allah Elçisi ﷺ mənə baş çəkdi. O, dəstəmaz aldı və qabda qalmış sudan mənim üzümə səpdi. Mən özümə gəldikdə: “Mirasım kimə qalacaq, ey Allahın Elçisi? Mənim varislərim ancaq uzaq qohumlarımdır”– deyə soruşdum və miras ayəsi (ən-Nisa, 176) nazil oldu”.”
İstinad
Buxari, 194 (Dəstəmaz, 60)
Səhih əl-Buxari — Dəstəmaz kitabı