Dəstəmaz kitabı

Təknədə, çanaqda, ağacdan və daşdan düzəldilmiş qablarda qüsl və dəstəmaz almaq

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى عُبَيْدُ اللَّهِ بْنُ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ أَنَّ عَائِشَةَ قَالَتْ لَمَّا ثَقُلَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَاشْتَدَّ بِهِ وَجَعُهُ ، اسْتَأْذَنَ أَزْوَاجَهُ فِى أَنْ يُمَرَّضَ فِى بَيْتِى ، فَأَذِنَّ لَهُ ، فَخَرَجَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بَيْنَ رَجُلَيْنِ تَخُطُّ رِجْلاَهُ فِى الأَرْضِ بَيْنَ عَبَّاسٍ وَرَجُلٍ آخَرَ . قَالَ عُبَيْدُ اللَّهِ فَأَخْبَرْتُ عَبْدَ اللَّهِ بْنَ عَبَّاسٍ فَقَالَ أَتَدْرِى مَنِ الرَّجُلُ الآخَرُ قُلْتُ لاَ . قَالَ هُوَ عَلِىٌّ . وَكَانَتْ عَائِشَةُ - رَضِيَ اللَّهُ عَنْهَا - تُحَدِّثُ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ بَعْدَ مَا دَخَلَ بَيْتَهُ وَاشْتَدَّ وَجَعُهُ « هَرِيقُوا عَلَىَّ مِنْ سَبْعِ قِرَبٍ ، لَمْ تُحْلَلْ أَوْكِيَتُهُنَّ ، لَعَلِّى أَعْهَدُ إِلَى النَّاسِ » . وَأُجْلِسَ فِى مِخْضَبٍ لِحَفْصَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ طَفِقْنَا نَصُبُّ عَلَيْهِ تِلْكَ حَتَّى طَفِقَ يُشِيرُ إِلَيْنَا أَنْ قَدْ فَعَلْتُنَّ ، ثُمَّ خَرَجَ إِلَى النَّاسِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbərin ﷺ xəstəliyi ağırlaşdığı və ağrıları şiddətləndiyi zaman zövcələrindən xahiş etdi ki, ona mənim evimdə xidmət edilsin. Zövcələri ona izin verdilər. Peyğəmbər ﷺ Abbasın və başqa birisinin qoluna girib ayaqlarını sürükləyərək (qaldığı evdən) çıxıb getdi”. Ravi Ubeydullah dedi: “Mən bu hədisi Abdullah ibn Abbasa danışdım. O dedi: “Bilirsən, o biri kişi kim idi?” Mən: “Xeyr!”– dedim. O isə cavabında: “Bu, Əli idi”– dedi”. Aişə rəvayət edir ki, Peyğəmbər ﷺ evinə gəldikdən və xəstəliyi bir az da şiddətləndikdən sonra dedi: “Mənim üstümə bağları açılmamış yeddi tuluq su tökün ki, bəlkə camaata tövsiyə edə bilim”. Onu zövcəsi Həfsaya məxsus olan ləyənin içində otuzdurdular. Sonra biz onun üstünə su tökməyə başladıq. Nəhayət, o: “Artıq yetər”– deyə bizə işarə etməyə başladı. Bundan sonra camaatın qarşısına çıxdı”.”

Aişə
Səhih

İstinad

Buxari, 198 (Dəstəmaz, 64)

Səhih əl-Buxari — Dəstəmaz kitabı