Peyğəmbərin ﷺ və camaatın bədəviyə məsciddə kiçik subaşına çıxıb qurtaranadək toxunmaması
حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى عُبَيْدُ اللَّهِ بْنُ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ بْنِ مَسْعُودٍ أَنَّ أَبَا هُرَيْرَةَ قَالَ قَامَ أَعْرَابِىٌّ فَبَالَ فِى الْمَسْجِدِ فَتَنَاوَلَهُ النَّاسُ ، فَقَالَ لَهُمُ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « دَعُوهُ وَهَرِيقُوا عَلَى بَوْلِهِ سَجْلاً مِنْ مَاءٍ ، أَوْ ذَنُوبًا مِنْ مَاءٍ ، فَإِنَّمَا بُعِثْتُمْ مُيَسِّرِينَ ، وَلَمْ تُبْعَثُوا مُعَسِّرِينَ » .
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir bədəvi gəlib məsciddə kiçik subaşına çıxdı. Camaat qalxıb onu tənbeh etdikdə Peyğəmbər ﷺ buyurdu: “Buraxın onu! Sidiyinin üzərinə də bir qab (və ya bir çəllək) su tökün. Siz çətinləşdirən deyil, asanlaşdıran olaraq göndərilmisiniz”.”
İstinad
Buxari, 220 (Dəstəmaz, 86)
Səhih əl-Buxari — Dəstəmaz kitabı