Dəstəmaz kitabı

Dəvənin, qoyunun və digər ev heyvanlarının sidiyi və onların ağılları

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ أَيُّوبَ عَنْ أَبِى قِلاَبَةَ عَنْ أَنَسٍ قَالَ قَدِمَ أُنَاسٌ مِنْ عُكْلٍ أَوْ عُرَيْنَةَ ، فَاجْتَوَوُا الْمَدِينَةَ ، فَأَمَرَهُمُ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِلِقَاحٍ ، وَأَنْ يَشْرَبُوا مِنْ أَبْوَالِهَا وَأَلْبَانِهَا ، فَانْطَلَقُوا ، فَلَمَّا صَحُّوا قَتَلُوا رَاعِىَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَاسْتَاقُوا النَّعَمَ ، فَجَاءَ الْخَبَرُ فِى أَوَّلِ النَّهَارِ ، فَبَعَثَ فِى آثَارِهِمْ ، فَلَمَّا ارْتَفَعَ النَّهَارُ جِىءَ بِهِمْ ، فَأَمَرَ فَقَطَعَ أَيْدِيَهُمْ وَأَرْجُلَهُمْ ، وَسُمِرَتْ أَعْيُنُهُمْ ، وَأُلْقُوا فِى الْحَرَّةِ يَسْتَسْقُونَ فَلاَ يُسْقَوْنَ . قَالَ أَبُو قِلاَبَةَ فَهَؤُلاَءِ سَرَقُوا وَقَتَلُوا وَكَفَرُوا بَعْدَ إِيمَانِهِمْ ، وَحَارَبُوا اللَّهَ وَرَسُولَهُ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Ukəl və ya Ureynə qəbiləsindən olan bir dəstə (Peyğəmbərin ﷺ yanına) gəldi. (Xəstə olduqları üçün) Mədinədə qalmaq istəmədilər. Peyğəmbər ﷺ onlara sağmal dəvələrin olduğu yerə gedib onların sidiyindən və südündən içməyi buyurdu. Onlar (Peyğəmbərin ﷺ dediyi yerə) getdilər. Elə ki sağaldılar, Peyğəmbərin ﷺ çobanını öldürüb dəvələri sürüb apardılar. Bu xəbər günün əvvəlində Mədinəyə gəlib çatdı. Peyğəmbər ﷺ onların ardınca (bir dəstə) adam göndərdi. Günorta onları Mədinəyə gətirdilər. Peyğəmbər ﷺ onların əllərini və ayaqlarını kəsdirdi. (Sonra) onların gözlərini çıxartdılar, özlərini də Hərraya atdılar. Onlar su istəyirdilər, lakin (ölənədək) onlara su verilmədi”. Əbu Qilabə dedi: “Onlar oğurluq etmişdilər, insan öldürmüşdülər, iman etdikdən sonra kafir olmuşdular. Belə şeylər etməklə Allaha və Onun Elçisinə ﷺ qarşı hərb etmişdilər”.”

Ənəs
Səhih

İstinad

Buxari, 233 (Dəstəmaz, 99)

Səhih əl-Buxari — Dəstəmaz kitabı