Dəstəmaz kitabı

Dəstəmazlı halda yatanın fəziləti

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مُقَاتِلٍ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا سُفْيَانُ عَنْ مَنْصُورٍ عَنْ سَعْدِ بْنِ عُبَيْدَةَ عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا أَتَيْتَ مَضْجَعَكَ فَتَوَضَّأْ وُضُوءَكَ لِلصَّلاَةِ ، ثُمَّ اضْطَجِعْ عَلَى شِقِّكَ الأَيْمَنِ ، ثُمَّ قُلِ اللَّهُمَّ أَسْلَمْتُ وَجْهِى إِلَيْكَ ، وَفَوَّضْتُ أَمْرِى إِلَيْكَ ، وَأَلْجَأْتُ ظَهْرِى إِلَيْكَ ، رَغْبَةً وَرَهْبَةً إِلَيْكَ ، لاَ مَلْجَأَ وَلاَ مَنْجَا مِنْكَ إِلاَّ إِلَيْكَ ، اللَّهُمَّ آمَنْتُ بِكِتَابِكَ الَّذِى أَنْزَلْتَ ، وَبِنَبِيِّكَ الَّذِى أَرْسَلْتَ . فَإِنْ مُتَّ مِنْ لَيْلَتِكَ فَأَنْتَ عَلَى الْفِطْرَةِ ، وَاجْعَلْهُنَّ آخِرَ مَا تَتَكَلَّمُ بِهِ » . قَالَ فَرَدَّدْتُهَا عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمَّا بَلَغْتُ « اللَّهُمَّ آمَنْتُ بِكِتَابِكَ الَّذِى أَنْزَلْتَ » . قُلْتُ وَرَسُولِكَ . قَالَ « لاَ ، وَنَبِيِّكَ الَّذِى أَرْسَلْتَ » .

“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Yatmaq istədikdə namaz üçün dəstəmaz aldığın kimi dəstəmaz al; sonra sağ böyrün üstə uzan; sonra de: “Allahım, Sənə ümid edərək və Səndən qorxaraq üzümü Sənə təslim etdim, işimi Sənə həvalə etdim, kürəyimi Sənə etibar etdim. Sığınacaq və Sənin (əzabından) xilas olmaq üçün nicat yeri yalnız Sənə yönəlməkdir. Allahım, Sənin nazil etdiyin Kitaba və göndərdiyin Peyğəmbərə iman gətirdim!” Əgər o gecə ölsən, fitrət üzərində öləcəksən. Bu sözləri, dediyin sözlərin axırıncısı et”. əl-Bəra deyir: “Mən bu duanı Peyğəmbərə ﷺ oxudum və gəlib: “Sənin nazil etdiyin Kitaba iman gətirdim” sözünə çatdıqda “və göndərdiyin Elçiyə”– dedim. O buyurdu: “Xeyr, göndərdiyin Peyğəmbərə”– de”.”

əl-Bəra ibn Azib
Səhih

İstinad

Buxari, 247 (Dəstəmaz, 113)

Səhih əl-Buxari — Dəstəmaz kitabı