Yalnız bir örtüyə bürünüb namaz qılmaq
حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ أَبِى أُوَيْسٍ قَالَ حَدَّثَنِى مَالِكُ بْنُ أَنَسٍ عَنْ أَبِى النَّضْرِ مَوْلَى عُمَرَ بْنِ عُبَيْدِ اللَّهِ أَنَّ أَبَا مُرَّةَ مَوْلَى أُمِّ هَانِئٍ بِنْتِ أَبِى طَالِبٍ أَخْبَرَهُ أَنَّهُ سَمِعَ أُمَّ هَانِئٍ بِنْتَ أَبِى طَالِبٍ تَقُولُ ذَهَبْتُ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَامَ الْفَتْحِ ، فَوَجَدْتُهُ يَغْتَسِلُ ، وَفَاطِمَةُ ابْنَتُهُ تَسْتُرُهُ قَالَتْ فَسَلَّمْتُ عَلَيْهِ فَقَالَ « مَنْ هَذِهِ » . فَقُلْتُ أَنَا أُمُّ هَانِئٍ بِنْتُ أَبِى طَالِبٍ . فَقَالَ « مَرْحَبًا بِأُمِّ هَانِئٍ » . فَلَمَّا فَرَغَ مِنْ غُسْلِهِ ، قَامَ فَصَلَّى ثَمَانِىَ رَكَعَاتٍ ، مُلْتَحِفًا فِى ثَوْبٍ وَاحِدٍ ، فَلَمَّا انْصَرَفَ قُلْتُ يَا رَسُولَ اللَّهِ ، زَعَمَ ابْنُ أُمِّى أَنَّهُ قَاتِلٌ رَجُلاً قَدْ أَجَرْتُهُ فُلاَنَ بْنَ هُبَيْرَةَ . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « قَدْ أَجَرْنَا مَنْ أَجَرْتِ يَا أُمَّ هَانِئٍ » . قَالَتْ أُمُّ هَانِئٍ وَذَاكَ ضُحًى .
“Rəvayət edilir ki, Ummu Hani bint Əbu Talib ﵂ demişdir: “Məkkənin fəthi ilində mən Allah Elçisinin ﷺ yanına getdim və onun qüsl aldığını, Fatimənin də ona pərdə tutduğunu gördüm. Mən Peyğəmbərə ﷺ salam verdim. O: “Bu qadın kimdir?”– deyə soruşdu. “Mənəm, Əbu Talibin qızı Ummu Hani”– deyə cavab verdim. Allah Elçisi ﷺ: “Xoş gəlmisən, ey Ummu Hani!”– dedi və qüsl alıb qurtardıqdan sonra yalnız bir örtüyə bürünüb səkkiz rükət namaz qıldı. Namazını qılıb qurtardıqdan sonra mən dedim: “Ey Allahın Elçisi! Qardaşım himayəmə götürdüyüm Hubeyranın oğlu filankəsi öldürəcəyini söyləyir”. Allah Elçisi ﷺ buyurdu: “Sənin himayəyə götürdüyün kimsəni biz də himayəmiz altına götürürük, ey Ummu Hani!” Ummu Hani dedi: “O vaxt Duha vaxtı idi”.”
İstinad
Buxari, 357 (Namaz, 9)
Səhih əl-Buxari — Namaz kitabı