Namaz kitabı

Bədənin hansı hissələri örtülməlidir

حَدَّثَنَا إِسْحَاقُ قَالَ حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا ابْنُ أَخِى ابْنِ شِهَابٍ عَنْ عَمِّهِ قَالَ أَخْبَرَنِى حُمَيْدُ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ أَنَّ أَبَا هُرَيْرَةَ قَالَ بَعَثَنِى أَبُو بَكْرٍ فِى تِلْكَ الْحَجَّةِ فِى مُؤَذِّنِينَ يَوْمَ النَّحْرِ نُؤَذِّنُ بِمِنًى أَنْ لاَ يَحُجَّ بَعْدَ الْعَامِ مُشْرِكٌ ، وَلاَ يَطُوفَ بِالْبَيْتِ عُرْيَانٌ . قَالَ حُمَيْدُ بْنُ عَبْدِ الرَّحْمَنِ ثُمَّ أَرْدَفَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلِيًّا ، فَأَمَرَهُ أَنْ يُؤَذِّنَ بِبَرَاءَةَ قَالَ أَبُو هُرَيْرَةَ فَأَذَّنَ مَعَنَا عَلِىٌّ فِى أَهْلِ مِنًى يَوْمَ النَّحْرِ لاَ يَحُجُّ بَعْدَ الْعَامِ مُشْرِكٌ ، وَلاَ يَطُوفُ بِالْبَيْتِ عُرْيَانٌ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Həcc ziyarəti əsnasında Əbu Bəkr məni müəzzinlərlə birlikdə göndərdi ki, qurban günü Mina vadisinə gedib orada (insanlara bunları) elan edək: “Gələn ildən başlayaraq heç bir müşrik Həcc ziyarətinə gəlməyəcək və heç kəs Kəbəni lüt-üryan təvaf etməyəcək”. Humeyd ibn Abdur-Rahmən dedi: “Bunun ardınca Allah Elçisi ﷺ Əli ibn Əbu Talibi (Əbu Bəkrin yanına) göndərib ona tapşırdı ki, “Bəraət” (ət-Tövbə) surəsinin nazil olduğunu camaata elan etsin”. Əbu Hureyra deyir: “Qurban günü Əli ibn Əbu Talib bizimlə birlikdə Minada olanlara elan edib gələn ildən heç bir müşrikin Həcc ziyarətinə gəlməyəcəyini və heç kəsin Kəbəni lüt-üryan təvaf etməyəcəyini bildirdi”.”

Əbu Hureyra
Səhih

İstinad

Buxari, 369 (Namaz, 21)

Səhih əl-Buxari — Namaz kitabı