Üstündə xaç şəkli, yaxud digər rəsmlər olan paltarla qılınan namaz batil olurmu? Bu qadağandırmı?
حَدَّثَنَا أَبُو مَعْمَرٍ عَبْدُ اللَّهِ بْنُ عَمْرٍو قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ قَالَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ صُهَيْبٍ عَنْ أَنَسٍ كَانَ قِرَامٌ لِعَائِشَةَ سَتَرَتْ بِهِ جَانِبَ بَيْتِهَا فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أَمِيطِى عَنَّا قِرَامَكِ هَذَا ، فَإِنَّهُ لاَ تَزَالُ تَصَاوِيرُهُ تَعْرِضُ فِى صَلاَتِى » .
“Ənəs ﵁ rəvayət edir ki, Aişənin bəzəkli nazik yun bir pərdəsi var idi ki, onunla otağının bir hissəsini ayırmışdı. Bir dəfə Peyğəmbər ﷺ buyurdu: “Bu pərdəni buradan götür, çünki onun naxışları həmişə namaz qılarkən gözlərimin önündə durur (və məni namazdan yayındırır)”.”
İstinad
Buxari, 374 (Namaz, 26)
Səhih əl-Buxari — Namaz kitabı