Namaz kitabı

(Namaz qılan adamın) harada olursa olsun, üzünü qibləyə çevirməsi

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ رَجَاءٍ قَالَ حَدَّثَنَا إِسْرَائِيلُ عَنْ أَبِى إِسْحَاقَ عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى نَحْوَ بَيْتِ الْمَقْدِسِ سِتَّةَ عَشَرَ أَوْ سَبْعَةَ عَشَرَ شَهْرًا ، وَكَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُحِبُّ أَنْ يُوَجَّهَ إِلَى الْكَعْبَةِ ، فَأَنْزَلَ اللَّهُ { قَدْ نَرَى تَقَلُّبَ وَجْهِكَ فِى السَّمَاءِ } فَتَوَجَّهَ نَحْوَ الْكَعْبَةِ ، وَقَالَ السُّفَهَاءُ مِنَ النَّاسِ - وَهُمُ الْيَهُودُ - مَا وَلاَّهُمْ عَنْ قِبْلَتِهِمُ الَّتِى كَانُوا عَلَيْهَا { قُلْ لِلَّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ يَهْدِى مَنْ يَشَاءُ إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ } فَصَلَّى مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلٌ ثُمَّ خَرَجَ بَعْدَ مَا صَلَّى ، فَمَرَّ عَلَى قَوْمٍ مِنَ الأَنْصَارِ فِى صَلاَةِ الْعَصْرِ نَحْوَ بَيْتِ الْمَقْدِسِ فَقَالَ هُوَ يَشْهَدُ أَنَّهُ صَلَّى مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، وَأَنَّهُ تَوَجَّهَ نَحْوَ الْكَعْبَةِ . فَتَحَرَّفَ الْقَوْمُ حَتَّى تَوَجَّهُوا نَحْوَ الْكَعْبَةِ .

“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ demişdir: “Allah Elçisi ﷺ on altı və ya on yeddi ay Beytul-Məqdisə (Qüdsə) doğru namaz qıldı. Allah Elçisi ﷺ çox istəyirdi ki, qiblə Kəbəyə tərəf olsun və Allah bu haqda ayə nazil etdi: “Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük...” (əl-Bəqərə, 144) Bundan sonra Peyğəmbər ﷺ Kəbəyə tərəf üz tutdu. Səfeh adamlar – yəhudilər dedilər: “Onları üz tutduqları qiblədən döndərən nə oldu?” De: “Məşriq də, məğrib də Allahındır. O, istədiyi kəsi doğru yola yönəldir!” (əl-Bəqərə, 142). Peyğəmbərlə ﷺ birlikdə bir nəfər namaz qıldı və namazdan sonra məsciddən çıxdı və Beytul-Məqdisə tərəf üz tutub Əsr namazını qılan ənsardan olan bir toplumun yanından keçərkən dedi: “Şahidlik edirəm ki, mən Allahın Elçisi ﷺ ilə birlikdə namaz qıldım və o, üzünü Kəbəyə tərəf tutmuşdu. Onlar bunu eşidən kimi Kəbəyə tərəf çevrildilər”.”

əl-Bəra ibn Azib
Səhih

İstinad

Buxari, 399 (Namaz, 51)

Səhih əl-Buxari — Namaz kitabı