Namaz kitabı

Qiblə haqqında, həmçinin səhvən qibləyə üz tutmadan namaz qılmış adamın onu təkrar qılmasını vacib saymayan haqda nə rəvayət edilib?

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ شُعْبَةَ عَنِ الْحَكَمِ عَنْ إِبْرَاهِيمَ عَنْ عَلْقَمَةَ عَنْ عَبْدِ اللَّهِ قَالَ صَلَّى النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الظُّهْرَ خَمْسًا فَقَالُوا أَزِيدَ فِى الصَّلاَةِ قَالَ « وَمَا ذَاكَ » . قَالُوا صَلَّيْتَ خَمْسًا . فَثَنَى رِجْلَيْهِ وَسَجَدَ سَجْدَتَيْنِ .

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Peyğəmbər ﷺ Zöhr namazını beş rükət qıldı. Səhabələr ona dedilər: “Namaza əlavə olunubmu?” Peyğəmbər ﷺ dedi: “Nə baş verib ki?” Onlar dedilər: “Sən beş rükət qıldın”. Onda Peyğəmbər ﷺ dizlərini qatlayıb iki dəfə səcdə etdi”.”

Abdullah
Səhih

İstinad

Buxari, 404 (Namaz, 56)

Səhih əl-Buxari — Namaz kitabı