Namaz kitabı

Məsciddə mal bölgüsü və xurma salxımlarının asılması

وَقَالَ إِبْرَاهِيمُ عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ صُهَيْبٍ عَنْ أَنَسٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ أُتِىَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِمَالٍ مِنَ الْبَحْرَيْنِ فَقَالَ « انْثُرُوهُ فِى الْمَسْجِدِ » . وَكَانَ أَكْثَرَ مَالٍ أُتِىَ بِهِ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، فَخَرَجَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى الصَّلاَةِ ، وَلَمْ يَلْتَفِتْ إِلَيْهِ ، فَلَمَّا قَضَى الصَّلاَةَ جَاءَ فَجَلَسَ إِلَيْهِ ، فَمَا كَانَ يَرَى أَحَدًا إِلاَّ أَعْطَاهُ ، إِذْ جَاءَهُ الْعَبَّاسُ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، أَعْطِنِى فَإِنِّى فَادَيْتُ نَفْسِى وَفَادَيْتُ عَقِيلاً ، فَقَالَ لَهُ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « خُذْ » . فَحَثَا فِى ثَوْبِهِ ، ثُمَّ ذَهَبَ يُقِلُّهُ فَلَمْ يَسْتَطِعْ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، أُؤْمُرْ بَعْضَهُمْ يَرْفَعُهُ إِلَىَّ . قَالَ « لاَ » . قَالَ فَارْفَعْهُ أَنْتَ عَلَىَّ . قَالَ « لاَ » . فَنَثَرَ مِنْهُ ، ثُمَّ ذَهَبَ يُقِلُّهُ ، فَقَالَ يَا رَسُولَ اللَّهِ ، أُؤْمُرْ بَعْضَهُمْ يَرْفَعْهُ عَلَىَّ . قَالَ « لاَ » . قَالَ فَارْفَعْهُ أَنْتَ عَلَىَّ . قَالَ « لاَ » . فَنَثَرَ مِنْهُ ، ثُمَّ احْتَمَلَهُ فَأَلْقَاهُ عَلَى كَاهِلِهِ ثُمَّ انْطَلَقَ ، فَمَا زَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُتْبِعُهُ بَصَرَهُ حَتَّى خَفِىَ عَلَيْنَا ، عَجَبًا مِنْ حِرْصِهِ ، فَمَا قَامَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَثَمَّ مِنْهَا دِرْهَمٌ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbərə ﷺ Bəhreyndən pul gətirdilər və o buyurdu: “Bunu məscidə boşaldın!”. Bu, Allah Elçisinə ﷺ nə vaxtsa göndərilmiş ən böyük məbləğ idi. Sonra Allah Elçisi ﷺ namaz qılmağa getdi və pullara heç dönüb baxmadı da. Namazı bitirdikdən sonra gəlib həmin pulların yanında oturdu və gördüyü hər kəsə ondan verdi. Bu vaxt Abbas onun yanına gəlib dedi: “Ey Allahın Elçisi! Mənə də bir şey ver, axı mən həm özüm üçün, həm də Aqil üçün fidyə vermişəm”. Allah Elçisi ﷺ ona: “Götür!”– dedi və o da dirhəmləri ovuclayıb paltarının içinə yığmağa başladı. Sonra onu qaldırmaq istədikdə gücü çatmadı. Onda Abbas dedi: “Ey Allahın Elçisi, birinə de, bunu qaldırıb mənim çiynimə qoysun”. Allah Elçisi ﷺ: “Yox, olmaz!”– dedi. Abbas: “Elə isə özün onu qaldır, mənim çiynimə qoy”– dedi. Allah Elçisi ﷺ yenə: “Yox, olmaz!”– dedi. Bundan sonra Abbas pulun bir hissəsini boşaltdı və yerdə qalanını qaldırmaq istədi, lakin gücü çatmadı. O yenə dedi: “Ey Allahın Elçisi, birinə de, bunu qaldırıb mənim çiynimə qoysun”. Allah Elçisi ﷺ: “Yox, olmaz!”– dedi. Abbas dedi: “Elə isə özün onu qaldır, mənim çiynimə qoy”. Allah Elçisi ﷺ yenə: “Yox, olmaz!”– dedi. Belə olduqda Abbas pulun bir hissəsini də boşaltdı. Sonra o, bağlamanı qaldırıb çiyninə qoydu və çıxıb getdi. Abbasın pula olan hərisliyinə təəccüblənən Allah Elçisi ﷺ o, gözdən itənədək onun arxasınca baxdı. Allah Elçisi ﷺ axırıncı dirhəmləri paylayıb qurtarana qədər yerindən ayağa durmadı”.”

Ənəs
Səhih

İstinad

Buxari, 421 (Namaz, 73)

Səhih əl-Buxari — Namaz kitabı