Namaz kitabı

Cahiliyyə dövrünün müşriklərinin qəbirlərini açmaq və həmin yerləri namazgah etmək olarmı?

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ عَنْ أَبِى التَّيَّاحِ عَنْ أَنَسٍ قَالَ قَدِمَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْمَدِينَةَ فَنَزَلَ أَعْلَى الْمَدِينَةِ ، فِى حَىٍّ يُقَالُ لَهُمْ بَنُو عَمْرِو بْنِ عَوْفٍ . فَأَقَامَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِيهِمْ أَرْبَعَ عَشْرَةَ لَيْلَةً ، ثُمَّ أَرْسَلَ إِلَى بَنِى النَّجَّارِ فَجَاءُوا مُتَقَلِّدِى السُّيُوفِ ، كَأَنِّى أَنْظُرُ إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى رَاحِلَتِهِ ، وَأَبُو بَكْرٍ رِدْفُهُ ، وَمَلأُ بَنِى النَّجَّارِ حَوْلَهُ ، حَتَّى أَلْقَى بِفِنَاءِ أَبِى أَيُّوبَ ، وَكَانَ يُحِبُّ أَنْ يُصَلِّىَ حَيْثُ أَدْرَكَتْهُ الصَّلاَةُ ، وَيُصَلِّى فِى مَرَابِضِ الْغَنَمِ ، وَأَنَّهُ أَمَرَ بِبِنَاءِ الْمَسْجِدِ ، فَأَرْسَلَ إِلَى مَلإٍ مِنْ بَنِى النَّجَّارِ فَقَالَ « يَا بَنِى النَّجَّارِ ثَامِنُونِى بِحَائِطِكُمْ هَذَا » . قَالُوا لاَ وَاللَّهِ ، لاَ نَطْلُبُ ثَمَنَهُ إِلاَّ إِلَى اللَّهِ . فَقَالَ أَنَسٌ فَكَانَ فِيهِ مَا أَقُولُ لَكُمْ ، قُبُورُ الْمُشْرِكِينَ ، وَفِيهِ خَرِبٌ ، وَفِيهِ نَخْلٌ ، فَأَمَرَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِقُبُورِ الْمُشْرِكِينَ فَنُبِشَتْ ، ثُمَّ بِالْخَرِبِ فَسُوِّيَتْ ، وَبِالنَّخْلِ فَقُطِعَ ، فَصَفُّوا النَّخْلَ قِبْلَةَ الْمَسْجِدِ ، وَجَعَلُوا عِضَادَتَيْهِ الْحِجَارَةَ ، وَجَعَلُوا يَنْقُلُونَ الصَّخْرَ ، وَهُمْ يَرْتَجِزُونَ ، وَالنَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَعَهُمْ وَهُوَ يَقُولُ « اللَّهُمَّ لاَ خَيْرَ إِلاَّ خَيْرُ الآخِرَهْ فَاغْفِرْ لِلأَنْصَارِ وَالْمُهَاجِرَهْ »

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ Mədinəyə gəldikdə şəhərin üst tərəfində, Bəni Amr ibn Auf tayfasının yaşadığı məhəllədə qonaq qaldı. Peyğəmbər ﷺ on dörd gün onların arasında qaldıqdan sonra Bəni Nəccar tayfasının yanına adam göndərdi. Onlar qılınclarını bellərinə bağlayıb onun yanına gəldilər. Peyğəmbər ﷺ dəvəsinin üstündə, Əbu Bəkr onun tərkində və Bəni Nəccar tayfasından da bir dəstə onun ətrafında olduğu halda yola çıxması hələ də gözümün qabağındadır. Peyğəmbər ﷺ Əbu Əyyubun evinin həyətində dəvəsini yerə çökdürdü. Peyğəmbər ﷺ namaz vaxtı yetişdikdə harada olurdusa orada, qoyun ağılında olsa belə, namaz qılmağı xoşlayırdı. Sonra o, məscid tikməyi əmr etdi və Bəni Nəccar tayfasından olan dəstənin arxasınca adam göndərərək buyurdu: “Ey Bəni Nəccar tayfası, bu divarın (yerləşdiyi torpağın) qiymətini mənə deyin!” Onlar dedilər: “Yox! Allaha and olsun ki, biz onun əvəzini ancaq Allahdan istəyirik”. Ənəs dedi: “Sizə söylədiyim o yerdə müşriklərin qəbirləri, xarabalıqlar və xurma ağacları var idi. Peyğəmbərin ﷺ əmri ilə qəbirlər açıldı və xarabalıqlar hamarlandı. Xurma ağaclarını isə kəsib tikiləcək məscidin qiblə tərəfində yanbayan şaquli vəziyyətdə qoydular. Sonra məscidin qapısının yan divarlarını daşdan hördülər və şeir deyə-deyə daş daşımağa başladılar. Peyğəmbər ﷺ də onlarla bərabər daş daşıyır və deyirdi: “Allahım, əsl savab, Axirət savabıdır. Ənsar və mühacirə göstər mərhəmətini!””

Ənəs
Səhih

İstinad

Buxari, 428 (Namaz, 80)

Səhih əl-Buxari — Namaz kitabı