Namaz kitabı

Məsciddə kiçik qapı və keçid

حَدَّثَنَا مُحَمَّدُ بْنُ سِنَانٍ قَالَ حَدَّثَنَا فُلَيْحٌ قَالَ حَدَّثَنَا أَبُو النَّضْرِ عَنْ عُبَيْدِ بْنِ حُنَيْنٍ عَنْ بُسْرِ بْنِ سَعِيدٍ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ قَالَ خَطَبَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « إِنَّ اللَّهَ خَيَّرَ عَبْدًا بَيْنَ الدُّنْيَا وَبَيْنَ مَا عِنْدَهُ ، فَاخْتَارَ مَا عِنْدَ اللَّهِ » . فَبَكَى أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ فَقُلْتُ فِى نَفْسِى مَا يُبْكِى هَذَا الشَّيْخَ إِنْ يَكُنِ اللَّهُ خَيَّرَ عَبْدًا بَيْنَ الدُّنْيَا وَبَيْنَ مَا عِنْدَهُ فَاخْتَارَ مَا عِنْدَ اللَّهِ ، فَكَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ هُوَ الْعَبْدَ ، وَكَانَ أَبُو بَكْرٍ أَعْلَمَنَا . قَالَ « يَا أَبَا بَكْرٍ لاَ تَبْكِ ، إِنَّ أَمَنَّ النَّاسِ عَلَىَّ فِى صُحْبَتِهِ وَمَالِهِ أَبُو بَكْرٍ ، وَلَوْ كُنْتُ مُتَّخِذًا خَلِيلاً مِنْ أُمَّتِى لاَتَّخَذْتُ أَبَا بَكْرٍ ، وَلَكِنْ أُخُوَّةُ الإِسْلاَمِ وَمَوَدَّتُهُ ، لاَ يَبْقَيَنَّ فِى الْمَسْجِدِ بَابٌ إِلاَّ سُدَّ إِلاَّ بَابُ أَبِى بَكْرٍ » .

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ camaata xütbə deyərək belə buyurdu: “Allah bir qula dünya həyatı ilə Öz yanında olan (nemətlər) arasında seçim etmək ixtiyarı verdi və o, Allah yanında olanları seçdi”. Əbu Bəkr ﵁ bu sözləri eşidəndə ağladı. Mən öz-özümə dedim: “Əgər Allah bir qula dünya həyatı ilə Öz yanında olan (nemətlər) arasında seçim etmək ixtiyarı verib və (həmin qul) Allah yanında olanları seçibsə, onda bu ağsaqqalı ağladan nədir?” Axırda bəlli oldu ki, bu qul Allah Elçisinin ﷺ özü imiş. Həqiqətən də, Əbu Bəkr bizdən çox bilirdi. Peyğəmbər ﷺ dedi: “Ey Əbu Bəkr, ağlama! Həqiqətən, insanlar arasında dostluqda və malını (xərcləməkdə) mənə ən sadiq olanı Əbu Bəkrdir. Əgər mən ümmətimdən özümə ən yaxın dost seçməli olsaydım, mütləq Əbu Bəkri seçərdim. Ancaq İslamda qardaşlıq və sevgi (bundan da yaxşıdır). Qoy məsciddə Əbu Bəkrin qapısından başqa bütün qapılar örtülsün!””

Əbu Səid əl-Xudri
Səhih

İstinad

Buxari, 466 (Namaz, 118)

Səhih əl-Buxari — Namaz kitabı