Kəbənin və məscidlərin qapıları və kilidləri
حَدَّثَنَا أَبُو النُّعْمَانِ وَقُتَيْبَةُ قَالاَ حَدَّثَنَا حَمَّادٌ عَنْ أَيُّوبَ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَدِمَ مَكَّةَ ، فَدَعَا عُثْمَانَ بْنَ طَلْحَةَ ، فَفَتَحَ الْبَابَ ، فَدَخَلَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَبِلاَلٌ وَأُسَامَةُ بْنُ زَيْدٍ وَعُثْمَانُ بْنُ طَلْحَةَ ، ثُمَّ أُغْلِقَ الْبَابُ ، فَلَبِثَ فِيهِ سَاعَةً ثُمَّ خَرَجُوا . قَالَ ابْنُ عُمَرَ فَبَدَرْتُ فَسَأَلْتُ بِلاَلاً فَقَالَ صَلَّى فِيهِ . فَقُلْتُ فِى أَىٍّ قَالَ بَيْنَ الأُسْطُوَانَتَيْنِ . قَالَ ابْنُ عُمَرَ فَذَهَبَ عَلَىَّ أَنْ أَسْأَلَهُ كَمْ صَلَّى .
“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Məkkəyə gəldikdə Osman ibn Təlhəni yanına çağırdı. Osman Kəbənin qapısını açdı və Peyğəmbər ﷺ, Bilal, Usamə ibn Zeyd və Osman ibn Təlhə içəri girdilər. Sonra qapılar bağlandı. Peyğəmbər ﷺ səhabələri ilə birlikdə Kəbənin içində bir müddət qaldıqdan sonra bayıra çıxdılar. (İbn Ömər deyir:) “Mən dərhal Bilala yaxınlaşıb Peyğəmbərin ﷺ nə etdiyini soruşdum. Bilal: “İçəridə namaz qıldı”– deyə cavab verdi. Mən: “Harada?”– deyə soruşdum. Bilal: “İki sütunun arasında”– deyə cavab verdi. Ondan neçə rükət qıldığını soruşmaq isə mənim yadımdan çıxdı”.”
İstinad
Buxari, 468 (Namaz, 120)
Səhih əl-Buxari — Namaz kitabı