Namaz kitabı

Məsciddə və başqa yerlərdə barmaqları bir-birinə keçirmək

حَدَّثَنَا إِسْحَاقُ قَالَ حَدَّثَنَا ابْنُ شُمَيْلٍ أَخْبَرَنَا ابْنُ عَوْنٍ عَنِ ابْنِ سِيرِينَ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ صَلَّى بِنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِحْدَى صَلاَتَىِ الْعَشِىِّ - قَالَ ابْنُ سِيرِينَ سَمَّاهَا أَبُو هُرَيْرَةَ وَلَكِنْ نَسِيتُ أَنَا - قَالَ فَصَلَّى بِنَا رَكْعَتَيْنِ ثُمَّ سَلَّمَ ، فَقَامَ إِلَى خَشَبَةٍ مَعْرُوضَةٍ فِى الْمَسْجِدِ فَاتَّكَأَ عَلَيْهَا ، كَأَنَّهُ غَضْبَانُ ، وَوَضَعَ يَدَهُ الْيُمْنَى عَلَى الْيُسْرَى ، وَشَبَّكَ بَيْنَ أَصَابِعِهِ ، وَوَضَعَ خَدَّهُ الأَيْمَنَ عَلَى ظَهْرِ كَفِّهِ الْيُسْرَى ، وَخَرَجَتِ السَّرَعَانُ مِنْ أَبْوَابِ الْمَسْجِدِ فَقَالُوا قَصُرَتِ الصَّلاَةُ . وَفِى الْقَوْمِ أَبُو بَكْرٍ وَعُمَرُ ، فَهَابَا أَنْ يُكَلِّمَاهُ ، وَفِى الْقَوْمِ رَجُلٌ فِى يَدَيْهِ طُولٌ يُقَالُ لَهُ ذُو الْيَدَيْنِ قَالَ يَا رَسُولَ اللَّهِ ، أَنَسِيتَ أَمْ قَصُرَتِ الصَّلاَةُ قَالَ « لَمْ أَنْسَ ، وَلَمْ تُقْصَرْ » . فَقَالَ « أَكَمَا يَقُولُ ذُو الْيَدَيْنِ » . فَقَالُوا نَعَمْ . فَتَقَدَّمَ فَصَلَّى مَا تَرَكَ ، ثُمَّ سَلَّمَ ، ثُمَّ كَبَّرَ وَسَجَدَ مِثْلَ سُجُودِهِ أَوْ أَطْوَلَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ وَكَبَّرَ ، ثُمَّ كَبَّرَ وَسَجَدَ مِثْلَ سُجُودِهِ أَوْ أَطْوَلَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ وَكَبَّرَ . فَرُبَّمَا سَأَلُوهُ ثُمَّ سَلَّمَ فَيَقُولُ نُبِّئْتُ أَنَّ عِمْرَانَ بْنَ حُصَيْنٍ قَالَ ثُمَّ سَلَّمَ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ bizə axşam namazlarından birini qıldırdı. O,namazın iki rükətini qıldırdıqdan sonra salam verdi. Bundan sonra məscidin içində köndələninə qoyulmuş ağac parçasına dirsəkləndi. Özü də sanki qəzəbli idi. Sonra o, sağ əlini sol əlinin üstünə qoyub barmaqlarını bir-birinə keçirtdi və sağ yanağını sol əlinin arxasına söykədi. Tez getmək istəyənlər məscidin qapılarından çıxdılar və: “Namaz qısaldı”– dedilər. Məsciddəki camaatın arasında Əbu Bəkr və Ömər də var idi, lakin onlar Allah Elçisinə ﷺ söz deməkdən çəkindilər. Camaatın arasında qolları uzun olduğu üçün Zul-Yədeyn deyilən bir nəfər də var idi. Həmin adam: “Ey Allahın Elçisi, unutdun, yoxsa namaz qısaldı?”– deyə soruşdu. Peyğəmbər ﷺ: “Mən (heç nə) unutmamışam, namaz da qısaldılmayıb”– dedi və camaatdan: “Zul-Yədeyn dediyi kimidirmi?” deyə soruşdu. Onlar: “Bəli”– deyə cavab verdikdə o qalxıb qabağa keçdi və buraxdığı rükətləri qıldıqdan sonra salamları verdi. Bundan sonra təkbir edib səcdəyə getdi və həmişəki qədər, yaxud bir az da uzun müddət səcdədə qaldı. Sonra başını qaldırıb təkbir etdi, sonra yenə təkbir edib səcdəyə getdi və həmişəki qədər, yaxud bir az da uzun müddət səcdədə qaldı. Sonra başını qaldırıb təkbir etdi, sonra salamları verdi”.”

Əbu Hureyra
Səhih

İstinad

Buxari, 482 (Namaz, 134)

Səhih əl-Buxari — Namaz kitabı