Namaz kitabı

Mədinəyə gedən yolların üstündəki məscidlər

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ الْمُنْذِرِ قَالَ حَدَّثَنَا أَنَسُ بْنُ عِيَاضٍ قَالَ حَدَّثَنَا مُوسَى بْنُ عُقْبَةَ عَنْ نَافِعٍ أَنَّ عَبْدَ اللَّهِ أَخْبَرَهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَنْزِلُ بِذِى الْحُلَيْفَةِ حِينَ يَعْتَمِرُ ، وَفِى حَجَّتِهِ حِينَ حَجَّ ، تَحْتَ سَمُرَةٍ فِى مَوْضِعِ الْمَسْجِدِ الَّذِى بِذِى الْحُلَيْفَةِ ، وَكَانَ إِذَا رَجَعَ مِنْ غَزْوٍ كَانَ فِى تِلْكَ الطَّرِيقِ أَوْ حَجٍّ أَوْ عُمْرَةٍ هَبَطَ مِنْ بَطْنِ وَادٍ ، فَإِذَا ظَهَرَ مِنْ بَطْنِ وَادٍ أَنَاخَ بِالْبَطْحَاءِ الَّتِى عَلَى شَفِيرِ الْوَادِى الشَّرْقِيَّةِ ، فَعَرَّسَ ثَمَّ حَتَّى يُصْبِحَ ، لَيْسَ عِنْدَ الْمَسْجِدِ الَّذِى بِحِجَارَةٍ ، وَلاَ عَلَى الأَكَمَةِ الَّتِى عَلَيْهَا الْمَسْجِدُ ، كَانَ ثَمَّ خَلِيجٌ يُصَلِّى عَبْدُ اللَّهِ عِنْدَهُ ، فِى بَطْنِهِ كُثُبٌ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثَمَّ يُصَلِّى ، فَدَحَا السَّيْلُ فِيهِ بِالْبَطْحَاءِ حَتَّى دَفَنَ ذَلِكَ الْمَكَانَ الَّذِى كَانَ عَبْدُ اللَّهِ يُصَلِّى فِيهِ .

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Ümrə və Həcc ziyarətinə gedərkən Zul-Huleyfədə tikanlı bir ağacın altında – sonradan tikilmiş məscidin yerində dayanardı. Döyüşdən, yaxud Ümrə və ya Həcc ziyarətlərindən həmin yol ilə qayıdarkən Əqiq vadisinin içindən keçər, oradan yuxarı qalxdıqda isə öz dəvəsini məscidin yanında və ya məscidin olduğu təpənin üstündə deyil, vadinin şərq tərəfindəki daşlıq sahədə yerə çökdürər və orada dincəlmək üçün səhərə qədər qalardı. Abdullah ibn Ömər qum təpələri olan vadidə namaz qılardı. Əvvəllər o yerdə Allah Elçisi ﷺ namaz qılarmış. Sonralar vadidən axan sellər Abdullah ibn Ömərin namaz qıldığı təpələri yuyub yerlə bərabər etmişdi.”

Abdullah
Səhih

İstinad

Buxari, 484 (Namaz, 136)

Səhih əl-Buxari — Namaz kitabı