Yerə sancılmış ucuiti ağac parçasına doğru namaz qılmaq
حَدَّثَنَا مُحَمَّدُ بْنُ حَاتِمِ بْنِ بَزِيعٍ قَالَ حَدَّثَنَا شَاذَانُ عَنْ شُعْبَةَ عَنْ عَطَاءِ بْنِ أَبِى مَيْمُونَةَ قَالَ سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا خَرَجَ لِحَاجَتِهِ تَبِعْتُهُ أَنَا وَغُلاَمٌ وَمَعَنَا عُكَّازَةٌ أَوْ عَصًا أَوْ عَنَزَةٌ وَمَعَنَا إِدَاوَةٌ ، فَإِذَا فَرَغَ مِنْ حَاجَتِهِ نَاوَلْنَاهُ الإِدَاوَةَ .
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbər ﷺ ayaqyoluna gedəndə mən bir uşaqla birgə əlimizdə ağac parçası, yaxud bir əsa və ya bir paya və bir qab su ilə onun ardınca gedər, o, təbii ehtiyacını ödədikdən sonra qabı ona verərdik”.”
İstinad
Buxari, 500 (Namaz, 152)
Səhih əl-Buxari — Namaz kitabı