Qorxu namazı kitabı

Həm təqib edən, həm də təqib olunan kəs minik üzərində başla işarə edərək namaz qıla bilər

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدِ بْنِ أَسْمَاءَ قَالَ حَدَّثَنَا جُوَيْرِيَةُ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَنَا لَمَّا رَجَعَ مِنَ الأَحْزَابِ « لاَ يُصَلِّيَنَّ أَحَدٌ الْعَصْرَ إِلاَّ فِى بَنِى قُرَيْظَةَ » . فَأَدْرَكَ بَعْضُهُمُ الْعَصْرَ فِى الطَّرِيقِ فَقَالَ بَعْضُهُمْ لاَ نُصَلِّى حَتَّى نَأْتِيَهَا ، وَقَالَ بَعْضُهُمْ بَلْ نُصَلِّى لَمْ يُرَدْ مِنَّا ذَلِكَ . فَذُكِرَ لِلنَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمْ يُعَنِّفْ وَاحِدًا مِنْهُمْ .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ Əhzab döyüşündən sonra Mədinəyə qayıtdıqda bizə dedi: “Bəni Qureyzaya çatmamış heç kim Əsr namazını qılmasın”. Əsr namazının vaxtı yolda yetişdi. Bəziləri dedilər: “Biz oraya çatanadək namaz qılmayacağıq”. Digərləri isə dedilər: “Yox, namazı burada qılaq, çünki Peyğəmbər ﷺ bizdən bunu tələb etmirdi”. Sonra bu haqda Peyğəmbərə ﷺ xəbər verdilər və o, buna görə onların heç birini qınamadı”.”

İbn Ömər
Səhih

İstinad

Buxari, 946 (Qorxu namazı, 5)

Səhih əl-Buxari — Qorxu namazı kitabı