İki bayram və bayramda bəzənmək
حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى سَالِمُ بْنُ عَبْدِ اللَّهِ أَنَّ عَبْدَ اللَّهِ بْنَ عُمَرَ قَالَ أَخَذَ عُمَرُ جُبَّةً مِنْ إِسْتَبْرَقٍ تُبَاعُ فِى السُّوقِ ، فَأَخَذَهَا فَأَتَى رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ ابْتَعْ هَذِهِ تَجَمَّلْ بِهَا لِلْعِيدِ وَالْوُفُودِ . فَقَالَ لَهُ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّمَا هَذِهِ لِبَاسُ مَنْ لاَ خَلاَقَ لَهُ » . فَلَبِثَ عُمَرُ مَا شَاءَ اللَّهُ أَنْ يَلْبَثَ ، ثُمَّ أَرْسَلَ إِلَيْهِ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِجُبَّةِ دِيبَاجٍ ، فَأَقْبَلَ بِهَا عُمَرُ ، فَأَتَى بِهَا رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ إِنَّكَ قُلْتَ « إِنَّمَا هَذِهِ لِبَاسُ مَنْ لاَ خَلاَقَ لَهُ » . وَأَرْسَلْتَ إِلَىَّ بِهَذِهِ الْجُبَّةِ فَقَالَ لَهُ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « تَبِيعُهَا أَوْ تُصِيبُ بِهَا حَاجَتَكَ » .
“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Bir dəfə Ömər bazardan ipək paltar alaraq onu götürüb Allah Elçisinin ﷺ yanına gəldi və dedi: “Ey Allahın Elçisi, bunu bayramlarda və nümayəndələr gələndə geyinərsən”. Allah Elçisi ﷺ buyurdu: “Bu paltarı axirətdə heç bir payı olmayan kimsə geyinər!” Sonralar Allah Elçisinə ﷺ belə ipək paltarlar gətirdilər və o, bunlardan birini Ömərə göndərdi. Ömər dedi: “Ey Allahın Elçisi! Sən demişdin ki: “Bu paltarı axirətdə heç bir payı olmayan kimsə geyinər!” Sonra isə bu paltarı mənə göndərdin. Allah Elçisi ﷺ ona dedi: “Onu satıb pulu ilə bir ehtiyacını ödəyərsən”.”
İstinad
Buxari, 948 (Bayramlar, 1)
Səhih əl-Buxari — (Ramazan və Qurban) bayramları kitabı