Bayram günü nizə və qalxan oynadaraq şənlik etmək
وَكَانَ يَوْمَ عِيدٍ يَلْعَبُ السُّودَانُ بِالدَّرَقِ وَالْحِرَابِ ، فَإِمَّا سَأَلْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَإِمَّا قَالَ « تَشْتَهِينَ تَنْظُرِينَ » . فَقُلْتُ نَعَمْ . فَأَقَامَنِى وَرَاءَهُ خَدِّى عَلَى خَدِّهِ ، وَهُوَ يَقُولُ « دُونَكُمْ يَا بَنِى أَرْفِدَةَ » . حَتَّى إِذَا مَلِلْتُ قَالَ « حَسْبُكِ » . قُلْتُ نَعَمْ . قَالَ « فَاذْهَبِى » .
“Aişə ﵂ deyir: ”Başqa bir bayram günündə həbəşilər qalxanlar və nizələrlə oynayırdılar. Mən Peyğəmbərdən ﷺ onlara tamaşa etməyə izin istədim və ya Peyğəmbər ﷺ buyurdu: “Onlara tamaşa etmək istəyirsən?” Mən: “Bəli” dedim. Sonra onun arxasından çiyin tərəfindən yanağım yanağına toxunaraq ayaq üstə onlara baxmağa başladım və Peyğəmbər ﷺ buyurdu: “Haydı, ey Ərfidə oğulları!” Nəhayət, baxmaqdan usandıqda məndən: “Bəs edərmi?” deyə soruşdu. Mən də: “Bəli” dedim. O dedi: “Onda get”.”
İstinad
Buxari, 950 (Bayramlar, 3)
Səhih əl-Buxari — (Ramazan və Qurban) bayramları kitabı