Azan və iqamə verilmədən qılınan bayram namazlarına piyada və ya minik üzərində getmək
وَعَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ قَالَ سَمِعْتُهُ يَقُولُ إِنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَامَ فَبَدَأَ بِالصَّلاَةِ ، ثُمَّ خَطَبَ النَّاسَ بَعْدُ ، فَلَّمَا فَرَغَ نَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَزَلَ فَأَتَى النِّسَاءَ ، فَذَكَّرَهُنَّ وَهْوَ يَتَوَكَّأُ عَلَى يَدِ بِلاَلٍ ، وَبِلاَلٌ بَاسِطٌ ثَوْبَهُ ، يُلْقِى فِيهِ النِّسَاءُ صَدَقَةً . قُلْتُ لِعَطَاءٍ أَتَرَى حَقًّا عَلَى الإِمَامِ الآنَ أَنْ يَأْتِىَ النِّسَاءَ فَيُذَكِّرَهُنَّ حِينَ يَفْرُغُ قَالَ إِنَّ ذَلِكَ لَحَقٌّ عَلَيْهِمْ ، وَمَا لَهُمْ أَنْ لاَ يَفْعَلُوا
“Əta ﵀ rəvayət edir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Peyğəmbər ﷺ ayağa duraraq namaza başladı, namazdan sonra camaata xütbə verdi. Allahın Peyğəmbəri ﷺ xütbəni bitirdikdə olduğu hündür yerdən aşağı düşdü və qadınların yanına gəldi. O, Bilalın əlindən tutaraq qadınlara xitab etdi. Bilal da paltarının bir hissəsini torba kimi etmişdi, qadınlar isə paltarın torba kimi edilmiş hissəsinə sədəqə atırdılar”. Ravi İbn Cureyc deyir: “Mən Əta ibn Əbu Rabaha dedim: “Sən imamın xütbə verdikdən sonra qadınlar tərəfə gedib onlara nəsihət etməsinə imamın üzərinə düşən bir haqq olduğunu görürsən?” Əta dedi: “Bu, onların haqqıdır. Bunu etməməklə onların nə qazandığını bilmirəm”.”
İstinad
Buxari, 961 (Bayramlar, 14)
Səhih əl-Buxari — (Ramazan və Qurban) bayramları kitabı