Minada keçən günlərdə, habelə Arafata doğru irəlilədikdə tez-tez təkbir etmək
حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا مَالِكُ بْنُ أَنَسٍ قَالَ حَدَّثَنِى مُحَمَّدُ بْنُ أَبِى بَكْرٍ الثَّقَفِىُّ قَالَ سَأَلْتُ أَنَسًا وَنَحْنُ غَادِيَانِ مِنْ مِنًى إِلَى عَرَفَاتٍ عَنِ التَّلْبِيَةِ كَيْفَ كُنْتُمْ تَصْنَعُونَ مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ كَانَ يُلَبِّى الْمُلَبِّى لاَ يُنْكَرُ عَلَيْهِ ، وَيُكَبِّرُ الْمُكَبِّرُ فَلاَ يُنْكَرُ عَلَيْهِ .
“Rəvayət edilir ki, Muhəmməd ibn Əbu Bəkr əs-Səqafi ﵀ demişdir: “Mən Minadan Arafaya doğru getdiyim vaxt Ənəsdən təlbiyə haqda soruşdum: “Siz Peyğəmbərlə ﷺ bir yerdə olanda bunu necə edirdiniz?” O dedi: “Nə təlbiyə deyən adam, nə də təkbir oxuyan adam qınanmazdı”.”
İstinad
Buxari, 970 (Bayramlar, 23)
Səhih əl-Buxari — (Ramazan və Qurban) bayramları kitabı