(Ramazan və Qurban) bayramları kitabı

Bayram günü heyzli olmayan və heyzli qadınların namazgaha gəlməsi

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ عَبْدِ الْوَهَّابِ قَالَ حَدَّثَنَا حَمَّادٌ عَنْ أَيُّوبَ عَنْ مُحَمَّدٍ عَنْ أُمِّ عَطِيَّةَ قَالَتْ أُمِرْنَا أَنْ نُخْرِجَ الْعَوَاتِقَ وَذَوَاتِ الْخُدُورِ . وَعَنْ أَيُّوبَ عَنْ حَفْصَةَ بِنَحْوِهِ . وَزَادَ فِى حَدِيثِ حَفْصَةَ قَالَ أَوْ قَالَتِ الْعَوَاتِقَ وَذَوَاتِ الْخُدُورِ ، وَيَعْتَزِلْنَ الْحُيَّضُ الْمُصَلَّى .

“Rəvayət edilir ki, Ummu Atiyyə ﵂ demişdir: “Bizə hələ evlənməmiş və bakirə olan qızların namazgaha gəlməyi əmr edildi”. Rəvayət edilir ki, Həfsa demişdir: “Hələ evlənməmiş və bakirə olan qızların namazgaha gəlməsi, heyzli qadınların isə namazgahdan kənarda olması əmr edildi”.”

Ummu Atiyyə
Səhih

İstinad

Buxari, 974 (Bayramlar, 27)

Səhih əl-Buxari — (Ramazan və Qurban) bayramları kitabı