Bayram xütbəsi əsnasında imamın və camaatın danışması, imam xütbə dedikdə ondan nəsə soruşmaq
حَدَّثَنَا مُسْلِمٌ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنِ الأَسْوَدِ عَنْ جُنْدَبٍ قَالَ صَلَّى النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ النَّحْرِ ثُمَّ خَطَبَ ، ثُمَّ ذَبَحَ فَقَالَ « مَنْ ذَبَحَ قَبْلَ أَنْ يُصَلِّىَ فَلْيَذْبَحْ أُخْرَى مَكَانَهَا ، وَمَنْ لَمْ يَذْبَحْ فَلْيَذْبَحْ بِاسْمِ اللَّهِ » .
“Rəvayət edilir ki, Cundəb ﵁ demişdir: “Peyğəmbər ﷺ Qurban bayramı namazını qıldırdı, sonra xütbə verdi, sonra qurban kəsərək belə buyurdu: “Kim namazdan qabaq qurban kəsərsə, qurbanı yenidən kəssin. Kim qurban kəsməyibsə, “Bismilləh” deyərək kəssin”.”
İstinad
Buxari, 985 (Bayramlar, 38)
Səhih əl-Buxari — (Ramazan və Qurban) bayramları kitabı