İstisqa kitabı

Quraqlıq vaxtı camaat imamdan yağışın yağması üçün Allaha dua etməsini istəyə bilər

حَدَّثَنَا الْحَسَنُ بْنُ مُحَمَّدٍ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ الأَنْصَارِىُّ قَالَ حَدَّثَنِى أَبِى عَبْدُ اللَّهِ بْنُ الْمُثَنَّى عَنْ ثُمَامَةَ بْنِ عَبْدِ اللَّهِ بْنِ أَنَسٍ عَنْ أَنَسٍ أَنَّ عُمَرَ بْنَ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ كَانَ إِذَا قَحَطُوا اسْتَسْقَى بِالْعَبَّاسِ بْنِ عَبْدِ الْمُطَّلِبِ فَقَالَ اللَّهُمَّ إِنَّا كُنَّا نَتَوَسَّلُ إِلَيْكَ بِنَبِيِّنَا فَتَسْقِينَا وَإِنَّا نَتَوَسَّلُ إِلَيْكَ بِعَمِّ نَبِيِّنَا فَاسْقِنَا . قَالَ فَيُسْقَوْنَ .

“Rəvayət edilir ki, qıtlıq və quraqlıq üz verdikdə Ömər ibn əl-Xattab ﵁ Abbas ibn Abdul-Mutalibin vasitəsilə Allahdan yağış diləyib: “Allahım, biz Peyğəmbərimizin ﷺ vasitəsilə Səndən yağmur diləyərdik, Sən də bizə yağış endirərdin. İndi isə biz Peyğəmbərimizin ﷺ əmisinin vasitəsilə Səndən yağış diləyirik, bizə yağış endir!”– deyər, Allah da onlara yağış nazil edərdi.”

Ömər ibn əl-Xattab
Səhih

İstinad

Buxari, 1010 (İstisqa, 6)

Səhih əl-Buxari — İstisqa kitabı