İstisqa kitabı

Cümə xütbəsində qibləyə deyil, başqa istiqamətə üz tutub yağışın yağması üçün dua etmək

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ جَعْفَرٍ عَنْ شَرِيكٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ رَجُلاً دَخَلَ الْمَسْجِدَ يَوْمَ جُمُعَةٍ مِنْ بَابٍ كَانَ نَحْوَ دَارِ الْقَضَاءِ ، وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَائِمٌ يَخْطُبُ ، فَاسْتَقْبَلَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَائِمًا ثُمَّ قَالَ يَا رَسُولَ اللَّهِ هَلَكَتِ الأَمْوَالُ وَانْقَطَعَتِ السُّبُلُ ، فَادْعُ اللَّهَ يُغِيثُنَا فَرَفَعَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَيْهِ ثُمَّ قَالَ « اللَّهُمَّ أَغِثْنَا ، اللَّهُمَّ أَغِثْنَا ، اللَّهُمَّ أَغِثْنَا » . قَالَ أَنَسٌ وَلاَ وَاللَّهِ مَا نَرَى فِى السَّمَاءِ مِنْ سَحَابٍ ، وَلاَ قَزَعَةً ، وَمَا بَيْنَنَا وَبَيْنَ سَلْعٍ مِنْ بَيْتٍ وَلاَ دَارٍ . قَالَ فَطَلَعَتْ مِنْ وَرَائِهِ سَحَابَةٌ مِثْلُ التُّرْسِ ، فَلَمَّا تَوَسَّطَتِ السَّمَاءَ انْتَشَرَتْ ثُمَّ أَمْطَرَتْ ، فَلاَ وَاللَّهِ مَا رَأَيْنَا الشَّمْسَ سِتًّا ، ثُمَّ دَخَلَ رَجُلٌ مِنْ ذَلِكَ الْبَابِ فِى الْجُمُعَةِ وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَائِمٌ يَخْطُبُ ، فَاسْتَقْبَلَهُ قَائِمًا فَقَالَ يَا رَسُولَ اللَّهِ هَلَكَتِ الأَمْوَالُ وَانْقَطَعَتِ السُّبُلُ ، فَادْعُ اللَّهَ يُمْسِكْهَا عَنَّا . قَالَ فَرَفَعَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَيْهِ ثُمَّ قَالَ « اللَّهُمَّ حَوَالَيْنَا وَلاَ عَلَيْنَا ، اللَّهُمَّ عَلَى الآكَامِ وَالظِّرَابِ وَبُطُونِ الأَوْدِيَةِ وَمَنَابِتِ الشَّجَرِ » . قَالَ فَأَقْلَعَتْ وَخَرَجْنَا نَمْشِى فِى الشَّمْسِ . قَالَ شَرِيكٌ سَأَلْتُ أَنَسَ بْنَ مَالِكٍ أَهُوَ الرَّجُلُ الأَوَّلُ فَقَالَ مَا أَدْرِى

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ cümə günü xütbə deyərkən bir nəfər Darul-Qada tərəfdə olan qapıdan içəri daxil oldu və Allah Elçisilə ﷺ üzbəüz durub dedi: “Ey Allahın Elçisi, mal-qara məhv oldu, yollar bağlandı, Allaha dua et ki, bizə yağış yağdırsın”. Allah Elçisi ﷺ əllərini qaldırıb dedi: “Allahım, bizə yağış endir! Allahım, bizə yağış endir! Allahım, bizə yağış endir!” Allaha and olsun, həmin an biz göydə nə bir bulud, nə bir bulud parçası, nə də başqa bir şey görürdük. Bizimlə Səl dağının arasında nə bir ev, nə də bir koma vardı. Bu vaxt dağın arxasından qalxanabənzər bir bulud göründü. O gəlib göyün ortasına çatdıqdan sonra ətrafa yayıldı və yağış yağmağa başladı. Allaha and olsun, altı gün biz günəşi görmədik. Növbəti cümə günü Allah Elçisi ﷺ xütbə deyərkən yenə bir nəfər həmin qapıdan içəri daxil oldu və Allah Elçisilə ﷺ üzbəüz durub dedi: “Ey Allahın Elçisi, mallar zay oldu, yollar bağlandı. Allaha dua et ki, yağışı dayandırsın”. Allah Elçisi ﷺ əllərini qaldırıb dedi: “Allahım! (Yağışı) üstümüzə deyil, ətrafımıza yağdır. Allahım, təpələrə, yamaclara, bağlara, dərələrin dibinə və ağac bitən yerlərə (yağdır)!” Yağış kəsdi və biz günəşli havada gəzişmək üçün bayıra çıxdıq. ...Ravi Şərik deyir: “Mən Ənəsdən soruşdum: “İkinci dəfə gələn kişi əvvəl gələn kişi idi?” Ənəs: “Bilmirəm” dedi.”

Ənəs ibn Malik
Səhih

İstinad

Buxari, 1014 (İstisqa, 10)

Səhih əl-Buxari — İstisqa kitabı