İstisqa kitabı

Yolların bağlanmasına görə yağışın dayanması üçün dua etmək

حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنِى مَالِكٌ عَنْ شَرِيكِ بْنِ عَبْدِ اللَّهِ بْنِ أَبِى نَمِرٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ جَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، هَلَكَتِ الْمَوَاشِى وَانْقَطَعَتِ السُّبُلُ ، فَادْعُ اللَّهَ ، فَدَعَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَمُطِرُوا مِنْ جُمُعَةٍ إِلَى جُمُعَةٍ ، فَجَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، تَهَدَّمَتِ الْبُيُوتُ وَتَقَطَّعَتِ السُّبُلُ وَهَلَكَتِ الْمَوَاشِى . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « اللَّهُمَّ عَلَى رُءُوسِ الْجِبَالِ وَالآكَامِ وَبُطُونِ الأَوْدِيَةِ وَمَنَابِتِ الشَّجَرِ » . فَانْجَابَتْ عَنِ الْمَدِينَةِ انْجِيَابَ الثَّوْبِ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir kişi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, mal-qara məhv oldu, yollar bağlandı, Allaha dua et”. Allah Elçisi ﷺ də Allaha dua etdi və bu cümədən növbəti cüməyədək yağış yağdı. Sonra yenə bir kişi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, evlər yıxıldı, yollar bağlandı, mal-qara həlak oldu”. Allah Elçisi ﷺ də dua edərək belə buyurdu: “Allahım, dağların başına, təpələrə, dərələrin dibinə və ağac bitən yerlərə (yağdır)!” Bundan sonra buludlar Mədinənin üzərindən kənarlara səpələndi”.”

Ənəs ibn Malik
Səhih

İstinad

Buxari, 1017 (İstisqa, 13)

Səhih əl-Buxari — İstisqa kitabı