Damda, minbərdə və ağacdan düzəldilmiş əşyaların üzərində namaz qılmaq
حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا سُفْيَانُ قَالَ حَدَّثَنَا أَبُو حَازِمٍ قَالَ سَأَلُوا سَهْلَ بْنَ سَعْدٍ مِنْ أَىِّ شَىْءٍ الْمِنْبَرُ فَقَالَ مَا بَقِىَ بِالنَّاسِ أَعْلَمُ مِنِّى هُوَ مِنْ أَثْلِ الْغَابَةِ ، عَمِلَهُ فُلاَنٌ مَوْلَى فُلاَنَةَ لِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، وَقَامَ عَلَيْهِ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ عُمِلَ ، وَوُضِعَ ، فَاسْتَقْبَلَ الْقِبْلَةَ كَبَّرَ وَقَامَ النَّاسُ خَلْفَهُ ، فَقَرَأَ وَرَكَعَ وَرَكَعَ النَّاسُ خَلْفَهُ ، ثُمَّ رَفَعَ رَأْسَهُ ، ثُمَّ رَجَعَ الْقَهْقَرَى ، فَسَجَدَ عَلَى الأَرْضِ ، ثُمَّ عَادَ إِلَى الْمِنْبَرِ ، ثُمَّ قَرَأَ ثُمَّ رَكَعَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ ، ثُمَّ رَجَعَ الْقَهْقَرَى حَتَّى سَجَدَ بِالأَرْضِ ، فَهَذَا شَأْنُهُ . قَالَ أَبُو عَبْدِ اللَّهِ قَالَ عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ سَأَلَنِى أَحْمَدُ بْنُ حَنْبَلٍ - رَحِمَهُ اللَّهُ - عَنْ هَذَا الْحَدِيثِ ، قَالَ فَإِنَّمَا أَرَدْتُ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ أَعْلَى مِنَ النَّاسِ ، فَلاَ بَأْسَ أَنْ يَكُونَ الإِمَامُ أَعْلَى مِنَ النَّاسِ بِهَذَا الْحَدِيثِ . قَالَ فَقُلْتُ إِنَّ سُفْيَانَ بْنَ عُيَيْنَةَ كَانَ يُسْأَلُ عَنْ هَذَا كَثِيرًا فَلَمْ تَسْمَعْهُ مِنْهُ قَالَ لاَ .
“Rəvayət edilir ki, Əbu Hazim demişdir: “Səhl ibn Səddən soruşdular: “Allah Elçisinin ﷺ minbəri nədən düzəldilmişdi?” Səhl dedi: “İnsanlar arasında bunu məndən yaxşı bilən bir kəs qalmamışdır. O, meşə yulğunundan düzəldilmişdi. Onu Allah Elçisi ﷺ üçün filan qadının köləlikdən azad etdiyi filan adam düzəltmişdi. Minbər hazırlanıb məscidə qoyulduqdan sonra Allah Elçisi ﷺ onun üstünə çıxdı və üzünü qibləyə tutub: “Allahu Əkbər”– dedi, camaat isə onun arxasında durdu. O, Quran oxuyub ruku etdi, camaat da onun arxasında ruku etdi. Sonra o, başını qaldırıb minbərdən aşağı endi və dal-dala gedib yerə səcdə etdi. Bundan sonra o, yenə minbərə çıxdı və Quran oxuyub rukuya getdi. Sonra da başını qaldırıb minbərdən aşağı endi və dal-dala gedib yerə səcdə etdi. Minbər haqda mənə məlum olan budur”. Əbu Abdullah əl-Buxari ﵀ demişdir: “Əli ibn Abdullah belə dedi: “Əhməd ibn Hənbəl ﵀ məndən bu hədis haqda soruşdu: “Mən Peyğəmbərin ﷺ insanlardan daha hündürdə olduğunu qəsd etdim. Bu hədisə görə imamın insanlardan daha hündürdə olmasında müşkül yoxdur”. Əli ibn Abdullah ﵀ dedi: “Mən Əhməd ibn Hənbələ dedim: “Süfyan ibn Uyeynəyə bu hədis haqda çox sual verilirdi. Sən onlardan bu hədisi eşitmədinmi?” Əhməd dedi: “Xeyr”.”
İstinad
Buxari, 377 (Namaz, 29)
Səhih əl-Buxari — Namaz kitabı