Hər eşitdiyini söyləməyin qadağan edilməsi
وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا عُمَرُ بْنُ عَلِىِّ بْنِ مُقَدَّمٍ عَنْ سُفْيَانَ بْنِ حُسَيْنٍ قَالَ سَأَلَنِى إِيَاسُ بْنُ مُعَاوِيَةَ فَقَالَ إِنِّى أَرَاكَ قَدْ كَلِفْتَ بِعِلْمِ الْقُرْآنِ فَاقْرَأْ عَلَىَّ سُورَةً وَفَسِّرْ حَتَّى أَنْظُرَ فِيمَا عَلِمْتَ. قَالَ فَفَعَلْتُ. فَقَالَ لِىَ احْفَظْ عَلَىَّ مَا أَقُولُ لَكَ إِيَّاكَ وَالشَّنَاعَةَ فِى الْحَدِيثِ فَإِنَّهُ قَلَّمَا حَمَلَهَا أَحَدٌ إِلاَّ ذَلَّ فِى نَفْسِهِ وَكُذِّبَ فِى حَدِيثِهِ.
“Rəvayət edilir ki, Süfyan ibn Hüseyn ﵀ demişdir: “Bir dəfə İyas ibn Müaviyə mənə dedi: “Mən sənin Quran elminə vurğun olduğunu görürəm. Belə isə, mənə bir surə oxu və onu təfsir et, görüm sən nə bilirsən”. Mən də bir surə oxuyub onu təfsir etdim. Sonra o mənə belə dedi: “İndi sənə deyəcəklərimi yaxşı-yaxşı yadında saxla: hədis xüsusunda nifrətamiz sözlər (uydurma hədislər) danışmaqdan çəkin! Çünki onları nəql edən hər kəs özü-özlüyündə zəlil olmuş və bu xüsusda yalançı sayılmışdır”.”
İstinad
Muslim, 13 (Müqəddimə, 13)
Səhih Muslim — Muslimin ﵀ müqəddiməsi