Zəif ravilərdən hədis rəvayət etməyin qadağan olunması və onların hədislərini götürdükdə ehtiyat edilməsi
حَدَّثَنَا حَسَنُ بْنُ عَلِىٍّ الْحُلْوَانِىُّ حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ حَدَّثَنَا ابْنُ إِدْرِيسَ عَنِ الأَعْمَشِ عَنْ أَبِى إِسْحَاقَ قَالَ لَمَّا أَحْدَثُوا تِلْكَ الأَشْيَاءَ بَعْدَ عَلِىٍّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ رَجُلٌ مِنْ أَصْحَابِ عَلِىٍّ قَاتَلَهُمُ اللَّهُ أَىَّ عِلْمٍ أَفْسَدُوا.
“Rəvayət edilir ki, Əbu İshaq ﵀ demişdir: “İfratçılar Əlidən ﵁ sonra bu şeyləri uydurub ortaya çıxartdıqları zaman Əlinin məsləkdaşlarından biri belə dedi: “Allah onların canını alsın! (Gör, Əlidən gəlib çatan) elmi necə zay ediblər”.”
Əbu İshaq
Səhihİstinad
Muslim, 24 (Müqəddimə, 24)
Səhih Muslim — Muslimin ﵀ müqəddiməsi