Muslimin ﵀ müqəddiməsi

İsnadın (hədisi rəvayət edən ravilər silsiləsinin) dindən olması

وَقَالَ مُحَمَّدٌ سَمِعْتُ أَبَا إِسْحَاقَ إِبْرَاهِيمَ بْنَ عِيسَى الطَّالَقَانِىَّ قَالَ قُلْتُ لِعَبْدِ اللَّهِ بْنِ الْمُبَارَكِ يَا أَبَا عَبْدِ الرَّحْمَنِ الْحَدِيثُ الَّذِى جَاءَ « إِنَّ مِنَ الْبِرِّ بَعْدَ الْبِرِّ أَنْ تُصَلِّىَ لأَبَوَيْكَ مَعَ صَلاَتِكَ وَتَصُومَ لَهُمَا مَعَ صَوْمِكَ ». قَالَ فَقَالَ عَبْدُ اللَّهِ يَا أَبَا إِسْحَاقَ عَمَّنْ هَذَا قَالَ قُلْتُ لَهُ هَذَا مِنْ حَدِيثِ شِهَابِ بْنِ خِرَاشٍ. فَقَالَ ثِقَةٌ عَمَّنْ قَالَ قُلْتُ عَنِ الْحَجَّاجِ بْنِ دِينَارٍ. قَالَ ثِقَةٌ عَمَّنْ قَالَ قُلْتُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. قَالَ يَا أَبَا إِسْحَاقَ إِنَّ بَيْنَ الْحَجَّاجِ بْنِ دِينَارٍ وَبَيْنَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَفَاوِزَ تَنْقَطِعُ فِيهَا أَعْنَاقُ الْمَطِىِّ وَلَكِنْ لَيْسَ فِى الصَّدَقَةِ اخْتِلاَفٌ.

“Rəvayət edilir ki, Əbu İshaq ibn İsa ət-Taləqani ﵀ demişdir: “Mən Abdullah ibn Mubəraka dedim: “Ey Əbu Abdur-Rahmən! Bu: “Namazınla bərabər valideynlərin üçün namaz qılmağın və orucunla bərabər onlar üçün oruc tutmağın xeyirxahlıqdan sonra xeyirxahlıq etməkdir”, – sözləri nəql olunmuş bir hədisdir. Abdullah məndən soruşdu: “Ey Əbu İshaq! Bu hədis kimdəndir?” Mən dedim: “Bu, Şihab ibn Xiraşdan rəvayət edilən bir hədisdir”. O dedi: “O, etibarlı ravidir. Bəs o kimdən rəvayət etmişdir?” Mən dedim: “Həccac ibn Dinardan”. O yenə dedi: “O, etibarlı ravidir. Bəs o kimdən rəvayət etmişdir?” Mən dedim: “Peyğəmbər ﷺ buyurmuşdur”. O dedi: “Ey Əbu İshaq! Həccac ibn Dinarla Peyğəmbər ﷺ arasında elə keçilməz çöllər var ki, orada minik dəvələrinin boynu qırılar. Lakin valideynlərin adından sədəqə verməkdə heç bir ixtilaf yoxdur”.”

Əbu İshaq İbrahim ibn İsa ət-Taləqani
Səhih

İstinad

Muslim, 34 (Müqəddimə, 34)

Səhih Muslim — Muslimin ﵀ müqəddiməsi