İmamların hədis rəvayətçilərinin etibarlı və ya etibarsız olmaları haqda dedikləri
وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ قُهْزَاذَ - مِنْ أَهْلِ مَرْوَ - قَالَ أَخْبَرَنِى عَلِىُّ بْنُ حُسَيْنِ بْنِ وَاقِدٍ قَالَ قَالَ عَبْدُ اللَّهِ بْنُ الْمُبَارَكِ قُلْتُ لِسُفْيَانَ الثَّوْرِىِّ إِنَّ عَبَّادَ بْنَ كَثِيرٍ مَنْ تَعْرِفُ حَالَهُ. وَإِذَا حَدَّثَ جَاءَ بِأَمْرٍ عَظِيمٍ فَتَرَى أَنْ أَقُولَ لِلنَّاسِ لاَ تَأْخُذُوا عَنْهُ قَالَ سُفْيَانُ بَلَى. قَالَ عَبْدُ اللَّهِ فَكُنْتُ إِذَا كُنْتُ فِى مَجْلِسٍ ذُكِرَ فِيهِ عَبَّادٌ أَثْنَيْتُ عَلَيْهِ فِى دِينِهِ وَأَقُولُ لاَ تَأْخُذُوا عَنْهُ.
“Rəvayət edilir ki, Abdullah ibn Mubərak ﵀ demişdir: “Mən Süfyan əs-Sovriyə dedim: “Abbad ibn Kəsir sənin tanıdığın adamdır. Buna rəğmən, hərdən ağlasığmaz şeylər danışır. Mən camaata: “Ondan hədis qəbul etməyin”, – deyə bilərəmmi?” Süfyan: “Bəli!”, – deyə buyurdu. Abdullah dedi: “Mən Abbadın xatırlandığı məclisdə olduğum zaman dindar olması baxımından onu tərifləyərdim. Ancaq bununla bərabər: “Ondan hədis qəbul etməyin” sözünü də söyləyərdim”.”
İstinad
Muslim, 41 (Müqəddimə, 41)
Səhih Muslim — Muslimin ﵀ müqəddiməsi