Muslimin ﵀ müqəddiməsi

İmamların hədis rəvayətçilərinin etibarlı və ya etibarsız olmaları haqda dedikləri

قَالَ ابْنُ قُهْزَاذَ وَسَمِعْتُ وَهْبَ بْنَ زَمْعَةَ يَذْكُرُ عَنْ سُفْيَانَ بْنِ عَبْدِ الْمَلِكِ قَالَ قَالَ عَبْدُ اللَّهِ يَعْنِى ابْنَ الْمُبَارَكِ رَأَيْتُ رَوْحَ بْنَ غُطَيْفٍ صَاحِبَ « الدَّمِ قَدْرِ الدِّرْهَمِ » وَجَلَسْتُ إِلَيْهِ مَجْلِسًا فَجَعَلْتُ أَسْتَحْيِى مِنْ أَصْحَابِى أَنْ يَرَوْنِى جَالِسًا مَعَهُ كُرْهَ حَدِيثِهِ.

“İbn Quhzazə ﵀ demişdir: “Mən Vəhb ibn Zəmanın Süfyan ibn Abdul-Malikdən hədis rəvayət etdiyini eşitdim. O dedi: “Abdullah ibn Mubərak belə rəvayət etmişdir: “Mən: “Dirhəm qədər qan...” hədisini rəvayət edən Ravh ibn Ğuteyfi gördüm və məclislərin birində onun yanında oturdum. Fəqət onun hədisinə nifrət bəslənildiyi üçün məsləkdaşlarımın məni onun yanında görəcəklərindən utandım”.”

İbn Quhzazə
Səhih

İstinad

Muslim, 49 (Müqəddimə, 49)

Səhih Muslim — Muslimin ﵀ müqəddiməsi