İmamların hədis rəvayətçilərinin etibarlı və ya etibarsız olmaları haqda dedikləri
وَحَدَّثَنِى سَلَمَةُ بْنُ شَبِيبٍ حَدَّثَنَا الْحُمَيْدِىُّ حَدَّثَنَا سُفْيَانُ قَالَ كَانَ النَّاسُ يَحْمِلُونَ عَنْ جَابِرٍ قَبْلَ أَنْ يُظْهِرَ مَا أَظْهَرَ فَلَمَّا أَظْهَرَ مَا أَظْهَرَ اتَّهَمَهُ النَّاسُ فِى حَدِيثِهِ وَتَرَكَهُ بَعْضُ النَّاسِ فَقِيلَ لَهُ وَمَا أَظْهَرَ قَالَ الإِيمَانَ بِالرَّجْعَةِ.
“Rəvayət edilir ki, Süfyan ﵀ demişdir: “Cabir uydurduğu bidətləri uydurmazdan əvvəl mühəddislər ondan hədis götürərdilər. Nəhayət, o, iç-üzünü aşkara çıxartdığı zaman, mühəddislər hədis mövzusunda onu ittiham etdilər. Bəziləri isə onu birdəfəlik tərk etdi”. Süfyandan: “O nə uydurmuşdur?”– deyə soruşduqda, o: “Rac'a”ya iman gətirmək”– deyə cavab vermişdir.”
İstinad
Muslim, 61 (Müqəddimə, 61)
Səhih Muslim — Muslimin ﵀ müqəddiməsi