Muslimin ﵀ müqəddiməsi

İmamların hədis rəvayətçilərinin etibarlı və ya etibarsız olmaları haqda dedikləri

وَحَدَّثَنِى سَلَمَةُ بْنُ شَبِيبٍ حَدَّثَنَا الْحُمَيْدِىُّ حَدَّثَنَا سُفْيَانُ قَالَ سَمِعْتُ رَجُلاً سَأَلَ جَابِرًا عَنْ قَوْلِهِ عَزَّ وَجَلَّ { فَلَنْ أَبْرَحَ الأَرْضَ حَتَّى يَأْذَنَ لِى أَبِى أَوْ يَحْكُمَ اللَّهُ لِى وَهُوَ خَيْرُ الْحَاكِمِينَ } فَقَالَ جَابِرٌ لَمْ يَجِئْ تَأْوِيلُ هَذِهِ. قَالَ سُفْيَانُ وَكَذَبَ. فَقُلْنَا لِسُفْيَانَ وَمَا أَرَادَ بِهَذَا فَقَالَ إِنَّ الرَّافِضَةَ تَقُولُ إِنَّ عَلِيًّا فِى السَّحَابِ فَلاَ نَخْرُجُ مَعَ مَنْ خَرَجَ مِنْ وَلَدِهِ حَتَّى يُنَادِىَ مُنَادٍ مِنَ السَّمَاءِ. يُرِيدُ عَلِيًّا أَنَّهُ يُنَادِى اخْرُجُوا مَعَ فُلاَنٍ. يَقُولُ جَابِرٌ فَذَا تَأْوِيلُ هَذِهِ الآيَةِ وَكَذَبَ كَانَتْ فِى إِخْوَةِ يُوسُفَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Humeydi ﵀ demişdir: “Süfyan bizə danışdı ki: “Bir dəfə bir nəfər Cabirdən Uca Allahın: “Atam mənə izin verməyincə və ya Allah mənə aid hökm verməyincə mən bu yerdən ayrılmayacağam. O, hökm verənlərin ən yaxşısıdır” (Yusuf, 80) ayəsi barədə soruşdu. Cabir dedi: “Bu ayənin təfsiri gəlməyib”. Süfyan: “Cabir yalan danışdı”,– deyə etirazını bildirdi. Biz Süfyandan soruşduq: “Cabir bununla nə demək istəmişdir?” O, belə cavab verdi: “Rafizilər deyirlər ki, Əli buludların içindədir. Səmadan bir nida gəlməyincə onun oğullarından meydana çıxanlarla birlikdə meydana çıxmayacağıq. Onlar Əlinin: “Filankəslə birlikdə çıxın!”, – deyə səsləyəcəyini nəzərdə tuturlar. Cabir: “Bu əmr həmin ayənin təfsiridir”, – demiş və beləliklə də, yalan danışmışdır. Belə ki, bu əmr Yusufun ﷺ qardaşlarına aid idi”.”

Humeydi
Səhih

İstinad

Muslim, 65 (Müqəddimə, 65)

Səhih Muslim — Muslimin ﵀ müqəddiməsi