İmamların hədis rəvayətçilərinin etibarlı və ya etibarsız olmaları haqda dedikləri
حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ عَبْدِ الرَّحْمَنِ الدَّارِمِىُّ أَخْبَرَنَا زَكَرِيَّاءُ بْنُ عَدِىٍّ قَالَ قَالَ لِى أَبُو إِسْحَاقَ الْفَزَارِىُّ اكْتُبْ عَنْ بَقِيَّةَ مَا رَوَى عَنِ الْمَعْرُوفِينَ وَلاَ تَكْتُبْ عَنْهُ مَا رَوَى عَنْ غَيْرِ الْمَعْرُوفِينَ وَلاَ تَكْتُبْ عَنْ إِسْمَاعِيلَ بْنِ عَيَّاشٍ مَا رَوَى عَنِ الْمَعْرُوفِينَ وَلاَ عَنْ غَيْرِهِمْ.
“Rəvayət edilir ki, Abdullah ibn Abdur-Rahmən əd-Darimi ﵀ demişdir: “Zəkəriyya ibn Adiy bizə xəbər verib demişdir: “Bir dəfə Əbu İshaq əl-Fəzari mənə belə dedi: “Bəqiyyənin tanınmış ravilərdən rəvayət etdiklərini yaz, lakin tanınmamış kimsələrdən rəvayət etdiklərini yazma. İsmail ibn Ayyaşdan isə nə tanınmış kimsələrdən, nə də başqa birilərindən rəvayət etdiklərini yazma”.”
İstinad
Muslim, 89 (Müqəddimə, 89)
Səhih Muslim — Muslimin ﵀ müqəddiməsi