İmamların hədis rəvayətçilərinin etibarlı və ya etibarsız olmaları haqda dedikləri
وَحَدَّثَنِى عَبْدُ اللَّهِ بْنُ عَبْدِ الرَّحْمَنِ الدَّارِمِىُّ قَالَ سَمِعْتُ أَبَا نُعَيْمٍ. وَذَكَرَ الْمُعَلَّى بْنَ عُرْفَانَ فَقَالَ قَالَ حَدَّثَنَا أَبُو وَائِلٍ قَالَ خَرَجَ عَلَيْنَا ابْنُ مَسْعُودٍ بِصِفِّينَ. فَقَالَ أَبُو نُعَيْمٍ أَتُرَاهُ بُعِثَ بَعْدَ الْمَوْتِ
“Rəvayət edilir ki, Abdullah ibn Abdur-Rahmən əd-Darimi ﵀ demişdir: “Mən Əbu Nueymdən eşitdim, o, Muəllə ibn Urfanı yad edib dedi: “Muəllə ibn Urfan rəvayət etmişdir ki, Əbu Vail bizə belə demişdir: “Siffində ikən İbn Məsud bizim yanımıza gəldi”. Əbu Nueym isə ona etiraz edib demişdir: “Olmaya sən onun öldükdən sonra dirildiyini zənn edirsən?!””
İstinad
Muslim, 92 (Müqəddimə, 92)
Səhih Muslim — Muslimin ﵀ müqəddiməsi