Muslimin ﵀ müqəddiməsi

İmamların hədis rəvayətçilərinin etibarlı və ya etibarsız olmaları haqda dedikləri

وَحَدَّثَنَا أَبُو جَعْفَرٍ الدَّارِمِىُّ حَدَّثَنَا بِشْرُ بْنُ عُمَرَ قَالَ سَأَلْتُ مَالِكَ بْنَ أَنَسٍ عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ الَّذِى يَرْوِى عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ فَقَالَ لَيْسَ بِثِقَةٍ. وَسَأَلْتُهُ عَنْ صَالِحٍ مَوْلَى التَّوْأَمَةِ فَقَالَ لَيْسَ بِثِقَةٍ. وَسَأَلْتُهُ عَنْ أَبِى الْحُوَيْرِثِ فَقَالَ لَيْسَ بِثِقَةٍ. وَسَأَلْتُهُ عَنْ شُعْبَةَ الَّذِى رَوَى عَنْهُ ابْنُ أَبِى ذِئْبٍ فَقَالَ لَيْسَ بِثِقَةٍ. وَسَأَلْتُهُ عَنْ حَرَامِ بْنِ عُثْمَانَ فَقَالَ لَيْسَ بِثِقَةٍ. وَسَأَلْتُ مَالِكًا عَنْ هَؤُلاَءِ الْخَمْسَةِ فَقَالَ لَيْسُوا بِثِقَةٍ فِى حَدِيثِهِمْ. وَسَأَلْتُهُ عَنْ رَجُلٍ آخَرَ نَسِيتُ اسْمَهُ فَقَالَ هَلْ رَأَيْتَهُ فِى كُتُبِى قُلْتُ لاَ. قَالَ لَوْ كَانَ ثِقَةً لَرَأَيْتَهُ فِى كُتُبِى.

“Rəvayət edilir ki, Bişr ibn Ömər ﵀ demişdir: “Mən Malik ibn Ənəsdən, Səid ibn Museyyibdən hədis rəvayət edən Muhəmməd ibn Abdur-Rahmənin, ət-Təvamənin köləlikdən azad etdiyi Salehin, habelə Əbul-Huveyrisin, İbn Əbu Zibin istinad etdiyi Şubənin və Həram ibn Osmanın barəsində soruşdum. Hər biri haqqında: “Etibarlı ravi deyil”, - dedi. Mən yenə Malikdən bu beşi haqqında soruşduqda o dedi: “Onlar rəvayət xüsusunda etibar olunmağa layiq deyillər”. Mən Malikdən adını unutduğum başqa birisi haqqında da soruşdum. O da məndən: “Onun adını mənim kitablarımda görmüsənmi?”, – deyə soruşdu. Mən dedim: “Xeyr, görməmişəm”. O dedi: “Əgər etibarlı olsaydı, adını mənim kitablarımda görərdin”.”

Bişr ibn Ömər
Səhih

İstinad

Muslim, 94 (Müqəddimə, 94)

Səhih Muslim — Muslimin ﵀ müqəddiməsi