İmamların hədis rəvayətçilərinin etibarlı və ya etibarsız olmaları haqda dedikləri
وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ قُهْزَاذَ قَالَ سَمِعْتُ أَبَا إِسْحَاقَ الطَّالَقَانِىَّ يَقُولُ سَمِعْتُ ابْنَ الْمُبَارَكِ يَقُولُ لَوْ خُيِّرْتُ بَيْنَ أَنْ أَدْخُلَ الْجَنَّةَ وَبَيْنَ أَنْ أَلْقَى عَبْدَ اللَّهِ بْنَ مُحَرَّرٍ لاَخْتَرْتُ أَنْ أَلْقَاهُ ثُمَّ أَدْخُلَ الْجَنَّةَ فَلَمَّا رَأَيْتُهُ كَانَتْ بَعْرَةٌ أَحَبَّ إِلَىَّ مِنْهُ.
“Rəvayət edilir ki, İbn Mubərak ﵀ demişdir: “Əgər mənə Cənnətə daxil olmaq ilə Abdullah ibn Muhərrərlə görüşmək arasında seçim verilsəydi, əvvəlcə onunla görüşməyi, sonra Cənnətə daxil olmağı seçərdim. Lakin onu gördükdən sonra artıq dəvənin peyini mənim üçün ondan daha əziz olardı”.”
İstinad
Muslim, 96 (Müqəddimə, 96)
Səhih Muslim — Muslimin ﵀ müqəddiməsi